Əsas Səhifə > Rəsmi > YAP Qazax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edildi
YAP Qazax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edildiDünən, 17:05 |
12 fevral 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yeni “AzRosPromİnvest” MMC ərazi partiya təşkilatının yaradılması ilə bağlı yığıncaq keçirilib. Təsis yığıncağının əvvəlində Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yığıncağı giriş sözü ilə açaraq, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan geniş və ətraflı danışıb. Rayon təşkilatının sədri qeyd edib ki, Ümummillli Lider Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi partiyası olmaqla yanaşı ölkəmizin əldə etdiyi bütün nailiyyətlərdə, uğurlarda, qazanılan qələbələrdə xüsusi yer tutur. A.Nəbiyev ötən bir il ərzində suveren, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq keçirilən növbədənkənar Prezident, parlament və bələdiyyə seçkilərində partiyanınn qazandığı növbəti qələbələrdən də ətraflı danışıb. Bildirib ki, bu gün Yeni Azərbaycan Partiyası ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanmaqla, günbəgün öz sıralarını vətənpərvər, sağlam əqidəli təəssübkeşlər hesabına genişləndirməkdədir ki, bu da partiyamızın günü-gündən gəncləşən ziyalılar partiyasına, ümumxalq partiyasına çevrilməsindən xəbər verir. Bu baxımdan yeni ərazi partiya təşkilatlarının yaradılması olduqca çox əhəmiyyətlidir. Təsis yığıncağında “AzRosPromİnvest” MMC-nin Direktorlar Şurasının sədri Ələddin Sadıqov, əməkdaşlardan Yaşar Qurbanov və başqaları çıxış ediblər. Məlumat verilib ki, müəssisədə çalışan işçilərın bir hissəsi Yeni Azərbaycan Partiyasının üzvüdür və onlar “AzRosPromİnvest” MMC ərazi partiya təşkilatının təsis edilməsi ilə bağlı Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatına müraciət etmişlər. YAP Qazax rayon təşkilatının sədri də bu müraciətə öz müsbət münasibətini bildirərək, adı çəkilən ərazidə yeni ərazi partiya təşkilatının yaradılması ilə bağlı qərar qəbul etmişdir. Təsis yığıncağında təşkilatı məsələyə də baxılıb, sonda YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yeni ərazi partiya təşkilatının üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Geri qayıt |