Əsas Səhifə > Rəsmi > Təyyarə qəzası nəticəsində xəsarət almış vətəndaşlar Bakıya gətirilib -
Təyyarə qəzası nəticəsində xəsarət almış vətəndaşlar Bakıya gətirilib -26-12-2024, 19:33 |
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət almış vətəndaşlar Prezident İlham Əliyevin tapşırığına əsasən Aktauya göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi təyyarəsi ilə Bakıya gətirilib. FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yeddi zərərçəkmişi gətirən təyyarə bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Aeroportunda enib. Qəzada xəsarət almış vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib.
Geri qayıt |