Əsas Səhifə > Rəsmi > Qazaxda ümumxalq səsverməsi (referendum) yüksək səviyyədə keçmişdir

Qazaxda ümumxalq səsverməsi (referendum) yüksək səviyyədə keçmişdir


27-09-2016, 15:03
Qazaxda ümumxalq səsverməsi (referendum) yüksək səviyyədə keçmişdir


26 sentyabr 2016-cı il tarixdə respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçirilib.

107 saylı Qazax Dairə Seçki Komissiyanın sədri Xəyyam Salehovun verdiyi məlumata əsasən, dairə seçki komissiyasının ərazisində 36-sı daimi və 2-si səsvermə gününə 5 gün qalmış yaradılmış məntəqələrdə səsvermə yüksək səviyyədə həyata keçirilib.
Dairə üzrə 45985 seçicidən 31407 seçici səsvermə günündə iştirak etmişdir. Bu da seçicilərin 68,2% təşkil edir.

Rayonda ümumxalq səsverməsi (referendum) şəffaf və tam demokratik şəkildə həyata keçib. Seçkiləri izləyən müşahidəçilər üçün də normal şərait yaradılıb. 107 saylı Qazax seçki dairəsində cəmi 386 nəfər müşahidəçi qeydiyyatdan keçmişdir ki, bunlardan da 275 nəfəri öz təşəbbüsü, 37 nəfəri “Yeni Azərbaycan”, 37 nəfəri “Vətəndaş Cəmiyyəti” və 37 nəfəri isə “Bələdiyyə” referendum üzrə təşviqat qruplarını təmsil etmişdir.

Dairə üzrə və dairənin ərazisindəki seçki məntəqələrinə təyin edilmiş müşahidəçilər öz müşahidələrini sərbəst şəkildə aparmışdır. Müşahidələri zamanı Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinin pozulması hallarına rast gəlinməmişdir. Belə ki, 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasında keçirilmiş ümumxalq səsverməsi (referendum) günü Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinin pozulması ilə əlaqədar 107 saylı Qazax seçki dairəsinin dairə seçki komissiyasına heç bir şikayət daxil olmamışdır.

Geri qayıt