Əsas Səhifə > Rəsmi > Qazaxda dövlət qulluqçuları üçün keçirilən bugünkü təlimin mövzusu “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə” olub

Qazaxda dövlət qulluqçuları üçün keçirilən bugünkü təlimin mövzusu “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə” olub


8-08-2024, 19:47


Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçirilir. 

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 5,6,8 avqust 2024-cü il tarixlərdə Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasında “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları”, “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili”, “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə” mövzularında təlimlərin keçirilməsi nəzərdə tutulub.

Təlimlər Dövlət İmtahan Mərkəzinin əməkdaşları, Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov, Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli, İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunda məsləhətçi Nərmin Xəlilova, Ümumi səriştələrin qiymətləndirilməsi sektorunda aparıcı məsləhətçi Zinyət Əmirova tərəfindən təşkil olunub.

Avqustun 8-də baş tutan üçüncü təlim Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunda məsləhətçi Nərmin Xəlilova və Ümumi səriştələrin qiymətləndirilməsi sektorunda aparıcı məsləhətçi Zinyət Əmirova tərəfindən keçirilib. Bugünkü təlim “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə” mövzusunda olub. 

Qazax Rayon İcra Hakimiyyətinin akt zalında təşkil olunmuş təlimdə icra aparatının məsul şəxsləri, Qazax RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində, eləcə də digər dövlət qurumlarında çalışan əməkdaşlar iştirak ediblər. 

Təlimi giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri Ülviyyə Orucova qonaqları və təlim iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Ü.Orucova bu cür maarifləndirici təlimlərin əhəmiyyətindən söz açaraq təlimlərin təşkilinə görə Dövlət İmtahan Mərkəzinin əməkdaşlarına minnətdarlığını bildirib.

Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunda məsləhətçi Nərmin Xəlilova və Ümumi səriştələrin qiymətləndirilməsi sektorunda aparıcı məsləhətçi Zinyət Əmirova çıxış edərək təlim iştirakçılarını salamlayıb, yaradılan şəraitə və göstərilən qonaqpərvərliyə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Təlim zamanı iştirakçılara “Rifah nədir?”,Rifahı təmin edən məqamlar”,Rifahı pozan məqamlar”,Stres anlayışı”,Tükənmə anlayışı”, Psixoloji rifah”, “Maddi rifah”,Fiziki rifah”,İş şəraiti”, “Səriştə nədir?”, “Rifahın təmin olunmasında hansı səriştələr əsas sayılır?”, ”Səriştənin rifahın təmin olunmasında rolu”, “Tükənmə   nədir?” və s. mövzular ətrafında slayd vasitəsilə geniş, əhatəli, dolğun izahlar verilib, fikirlər səsləndirilib.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Geri qayıt