Əsas Səhifə > Rəsmi > Qazaxın Yuxarı Salahlı, Birinci və İkinci Şıxlı kəndlərinin sakinlərinə "ASAN xidmət" göstərilib

Qazaxın Yuxarı Salahlı, Birinci və İkinci Şıxlı kəndlərinin sakinlərinə "ASAN xidmət" göstərilib

24-12-2017, 15:43
Qazaxın Yuxarı Salahlı, Birinci və İkinci Şıxlı kəndlərinin sakinlərinə "ASAN xidmət" göstərilib
Dekabr ayının 7-dən "Mobil Səyyar ASAN xidmət"i Qazax rayonunda fəaliyyət göstərir. Xidmətin əməkdaşları müasir və lazımi texnika ilə təchiz olunmuş xüsusi avtobusda rayon sakinlərinə yüksək səviyyədə səyyar xidmət göstərirlər.

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə sərhəd kəndləri olan Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərində olan “Mobil Səyyar ASAN xidmət"in kəndlərdə əhaliyə göstərdikləri yüksək xidmət uğurla həyata keçirilib. Daha sonra isə yenə də sərhəd kəndləri olan Alpout, Fərəhli, Abbasbəyli, Məzəm, Quşçu Ayrım və işğal altında olan Qızıl Hacılı kəndlərinin sakinlərinə də "ASAN xidmət" göstərilib.

Bu gün “Mobil Səyyar ASAN xidmət"in nümayəndələri rayonun Yuxarı Salahlı kəndində olublar. Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbində Yuxarı Salahlı, Birinci Şıxlı, İkinci Şıxlı kənd sakinlərinə və məktəblilərə səyyar xidmət göstəriblər. Bunun üçün məktəbdə onlardan ötrü lazımi şərait yaradılıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar xidmətlərin təşkili şöbəsinin baş məsləhətçisi Fəda Abbasov GOYEZEN.AZ saytına verdiyi müsahibədə bildirib ki, məqsəd kənd sakinlərinə yaşadıqları ərazidə xidmət etməkdir.

Səhər tezdən fəaliyyətə başlayan xidmətin əməkdaşları adları qeyd olunan kəndlərdən olan orta məktəblərin şagirdlərini şəxsiyyət vəsiqəsi ilə təmin edib, kənd sakinlərini isə şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportları ilə təmin etməklə yanaşı, həm də onların dəyişdirilməsini həyata keçiriblər.

Xidmətdən verilən məlumata görə gün ərzində ümumilikdə 112 nəfərə xidmət göstərilmiş, 100 nəfər şəxsiyyət vəsiqəsi almış, 12 nəfər isə ümumvətəndaş pasportları ilə təmin edilmişdir.

Bu gün Xidmətin əməkdaşları Yuxarı Salahlı kəndindən sonra Qazaxbəyli kəndindəki məcburi köçkünlər üçün salınmış yeni qəsəbəyə gəliblər. Onlar burada yaşayan birinci qrup əlil Tural Qəhrəmanovu yaşadığı evdə ümumvətəndaş pasportu ilə təmin ediblər.

GOYEZEN.AZ

Geri qayıt