Əsas Səhifə > Rəsmi > Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşları qəbul edib
Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşları qəbul edib19-04-2024, 14:21 |
19 aprel 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qazaxda vətəndaşları qəbul edib.Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilən qəbulda Qazax, Ağstafa və Tovuz rayon sakinlərinin müraciətləri dinlənilib.Vətəndaşların qəbulundan əvvəl sədr Bahar Muradova, Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin, İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova Ulu Öndər Heydər Əliyevin Qazax rayonunun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Mövzular alimentin ödənilməsi, işlə təmin olunma, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli, uşaq hüquqları və digər məsələlərlə bağlı olub. Vətəndaşların Komitənin səlahiyyət dairəsinə aid müraciətləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb. http://family.gov.az/az/news/dovlet-komitesinin-sedri-qazaxda-vetendaslari-qebul-edib
Geri qayıt |