Əsas Səhifə > Rəsmi > Vətəndaşların nəzərinə!

Vətəndaşların nəzərinə!


22-01-2024, 14:31


Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 2022-ci və 2023-cü ilin birinci yarımilində Cinayət Məcəlləsinin 177.2.3-1-ci (oğurluq, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddəsi ilə başlanaraq istintaqı aparılmış cinayət işləri üzrə istintaq təcrübəsi ümumiləşdirilmişdir. 

Ümumiləşdirmə zamanı müəyyən edilmişdir ki, 2023-cü ilin birinci yarımili ərzində Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə başlanaraq istintaqı aparılan cinayət işlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 423 vahid, yəni təxminən 3 dəfə artmışdır.

Qeyd edilən katiqoriyadan olan işlər üzrə əməllər bir çox hallarda plastik kart məlumatlarının müxtəlif yollarla əldə edilməsi (elan saytlarında yerləşdirilmiş məhsulların alınması vədi ilə plastik kart nömrəsinin ələ keçirilməsi, müxtəlif internet portallarında göndərilmiş keçidlərə daxil olmaqla, bank məlumatlarının əldə edilməsi üsulu ilə və.s) nəticəsində baş vermişdir.

Hörmətli vətəndaşlar!

Plastik bank kartları ilə bağlı məlumatları tanımadığınız şəxs və ya şəxslərə verməməyiniz, eləcə də hər hansı sosial şəbəkədə, internet portallarında paylaşmamağınız, mobil nömrələrə göndərilmiş mənbəyi bilinməyən internet saytlarının keçidlərinə daxil olmamağınız, həmçinin, satış üçün elan saytlarında yerləşdirilən məhsulları alan şəxslər tərəfindən bank məlumatları istənildikdə bu cür məlumatları verməməyiniz tövsiyə olunur. 

Qazax Rayon İcra Hakimiyyəti


Geri qayıt