Əsas Səhifə > Rəsmi > “Ümummilli Lider Heydər Əliyev bütün Türk dünyasının əbədiyaşar Lideridir!” mövzusunda tədbir keçirilib

“Ümummilli Lider Heydər Əliyev bütün Türk dünyasının əbədiyaşar Lideridir!” mövzusunda tədbir keçirilib


6-12-2023, 18:29


Dekabrın 6-da 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının təşkilatçılığı ilə “Arkoz Qazax Sement zavodu” MMC ərazi partiya təşkilatında “Ümummilli Lider Heydər Əliyev bütün Türk dünyasının əbədiyaşar Lideridir!” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları “Arkoz Qazax Sement zavodu” MMC-də Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək dahi rəhbərə olan dərin hörmət və ehtiramlarını bildiriblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə “Arkoz Qazax Sement zavodu” MMC ərazi partiya təşkilatının sədri Nizami Zeynalov açaraq tədbirin məqsəd və məramı barədə məlumat verib.


YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev geniş çıxış edərək bildirib ki, möhtərəm Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il respublikamızda “Heydər Əliyev İli” elan olunmuşdur. Bu məqsədlə Azərbaycana dost, qardaş olan ölkələrdə, respublikamızın hər yerində, eləcə də Qazax rayonunda da silsilə tədbirlər keçirilir. Rayon təşkilatının sədri A.Nəbiyev Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından, misilsiz xidmətlərindən, titanik fəaliyyətindən ətraflı bəhs edərək, Ulu Öndər Heydər Əliyevin tək Azərbaycan xalqının deyil, bütün Türk dünyasının əbədiyaşar Lideri olduğunu xüsusilə vurğulayıb. A.Nəbiyev qeyd edib ki, illər, əsrlər ötsə də, nəsillər dəyişsə də dahi rəhbər Heydər Əliyev Azərbaycan xalqının tarixi yaddaşında əbədi yaşayacaq, onun siyasi kursu isə hər zaman dövlətimizi daha yüksək zirvələrə ucaldacaqdır. Natiq onu da da vurğulayıb ki, Heydər Əliyev siyasi, iqtisadi, ideoloji məktəbinin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan böyük inkişaf yolu keçir və beynəlxaq arenadakı mövqelərini daha da   möhkəmləndirərək, hər gün yeni bir uğura, qələbəyə, nailiyyətə imza atır. Məhz, bu siyasi kurs nəticəsində Azərbaycan artıq dünyada güclü, qüdrətli bir dövlətə çevrilib.

Tədbirdə ərazi partiya təşkilatının sədr müavini Elvin Əmiraslanov, “Arkoz Qazax Sement zavodu” MMC-nin direktoru Murat Çağlayan çıxış edərək Ulu Öndər Heydər Əliyevin misilsiz fəaliyyətindən, müstəsna xidmətlərindən, apardığı məqsədyönlü, vacib islahatlardan ətraflı danışıblar. Natiqlər Azərbaycanın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan türkdilli dövlətlər ilə qardaşlıq münasibətlərindən, müttəfiqliyindən, qarşılıqlı əməkdaşlığından da geniş bəhs ediblər. 

Sonda partiya veteranı, şair Kazım Kazımlı, Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Səadət Pirməmmədova və Fəridə Kazımlı Ümummilli Lider Heydər Əliyevə və Türkiyə - Azərbaycan dostluğuna, qardaşlığına həsr olunmuş şeirlər səsləndiriblər.


Geri qayıt