Əsas Səhifə > Rəsmi > İdarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciətlərinə baxılıb
İdarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciətlərinə baxılıb18-11-2023, 12:13 |
Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğı onu söyləməyə əsas verir ki, ölkəmizdə bütün sahələrdə vətəndaş amilinə, vətəndaş məmnunluğuna üstünlük verilir. Ən əsası da bu, hər bir dövlət məmuruna nümunədir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir. Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur. Bu həftə ərzində rayon üzrə 17 idarə və müəssisədən 9-na müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 1121 nəfər vətəndaş qəbul edilib. Onlardan 906 nəfərin müraciəti müsbət həll olunub, 215 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb. Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 16 nəfər vətəndaş müraciət edib. Onlardan 2 nəfər sənəd, 6 nəfər digər xəstəxanaya göndəriş, 1 nəfər xəstəlik, 7 nəfər digər məsələ ilə bağlı müraciət etdiyini bildirib. Müraciətlərin 15-i yerində həll edilib. 1-i isə qanunamüvafiq qaydada cavablandırılıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 193 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 106 nəfərin istəyi müsbət həll edilib, 87 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 180 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 66 nəfərin istəyi müsbət həll edilib, 114 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. "Aztelekom” MMC-nin Qərb Regional filialının Qazax şöbəsinə həftə ərzində müraciət etmiş 1 nəfərin telefonun bərpa olunması, 1 nəfərin telefonun addan-ada dəyişməsi ilə bağlı istəkləri müsbət həllini tapıb. 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 2 nəfərin ad dəyişmə, 2 nəfərin su xəttinin çəkilməsi, 1 nəfərin kanalizasiya xəttinin düzəldilməsi barədə istəkləri müsbət həll edilib. Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda həftə ərzində 8 nəfər vətəndaşın işlə təmin olunma, 1 nəfər vətəndaşın öz hesabına məzuniyyətə çıxarılması, 1 nəfər vətəndaşın övladının təhsilini rus bölməsində davam etdirməsi, 1 nəfər vətəndaşın övladının 10-cu sinifə bərpası ilə bağlı müraciətləri qanunamüvafiq qaydada cavablandırılıb. Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsində 1 nəfər vətəndaşın qaz sayğacının kartının koddan çıxarılması, 1 nəfər vətəndaşın qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı müraciətləri müsbət həll edilib. Qazax Elektrik Şəbəkəsində həftə ərzində müraciət etmiş 5 nəfər vətəndaşın SMS sayğaca pul yüklənməsi ilə bağlı müraciəti təmin edilib. 1 nəfər vətəndaşın ad dəyişmə ilə bağlı müraciətinə cavab olaraq aidiyyəti üzrə yönləndirilib, “Asan xidmət” mərkəzinə getməsi tövsiyə edilib. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində 705 nəfər vətəndaşın əkin sahələrinin bəyanı ilə bağlı müraciətləri müsbət həllini tapıb. 1 nəfər vətəndaşın əkin sahəsində olan gəmiricilərlə mübarizə üçün dərmanın verilməsi ilə bağlı müraciətinə müvafiq izahat verilib. Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır. GOYEZEN.AZ Geri qayıt |