Əsas Səhifə > Rəsmi > Qazaxda dini maarifləndirmə ilə bağlı tədbir keçirilib
Qazaxda dini maarifləndirmə ilə bağlı tədbir keçirilib24-11-2017, 14:30 |
![]() Qazax şəhər 1 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən dini marifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliğinə həsr olunmuş “İslam dini sülh, həmrəylik və qardaşlıq dinidir” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə Qazax rayon İcra Hakimiyyəti başçısı aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açaraq tədbirin məqsəd və əhəmiyyəti barədə danışıb. ![]() Sonra mövzu ətrafında Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin baş məsləhətçisi Bəhruz Orucov, DK-nin Qərb bölgəsi üzrə şöbə müdiri Rasim Tağıyev, Qazax rayonu üzrə nümayəndəsi Ceyhun Rüstəmov, bölgə qazisi İlham Süleymanov, RTŞ-nin müdir müavini Zakir Nəsibov və məktəbin direktoru Bəsti Ələkbərova çıxış ediblər. ![]() Tədbirin sonunda şagirdlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb. GOYEZEN.AZ Geri qayıt |