Əsas Səhifə > Rəsmi > Qazaxda şəhər və kənd qəbiristanlıqlarında iməcilik keçiriləcək

Qazaxda şəhər və kənd qəbiristanlıqlarında iməcilik keçiriləcək


15-05-2023, 10:15


Qazax rayonunda hər il olduğu kimi, bu il də şəhər və kənd qəbiristanlıqlarında iməciliklərin keçirilməsi davam etdirilir. Demək olar ki, iməciliklərin keçirilməsi artıq bir ənənə halını alıb. 

İməcilik zamanı qəbiristanlıqların içərisində və ətrafında təmizlik, abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Ərazi iri otlardan, kol-kosdan təmizlənir, ehtiyac olan yerlərdə qəbiristanlıqların ətrafına yeni dəmir tor çəkilir, giriş qapıları rənglənir.

Növbəti iməcilik aksiyası 20-21 may tarixlərində keçiriləcək. Hər kəsin təşkil olunmuş aksiyada fəal iştirak etməsi xahiş olunur.  


Geri qayıt