Əsas Səhifə > Rəsmi > İdarə, müəssisə, təşkilat və xidmət sahələrinə həftə ərzində müraciət etmiş vətəndaşlar dinlənilib

İdarə, müəssisə, təşkilat və xidmət sahələrinə həftə ərzində müraciət etmiş vətəndaşlar dinlənilib


4-03-2023, 14:59


Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı dövlət məmurlarına nümunə olmaqla bərabər, həm də ölkəmizdə vətəndaş amilinin dövlət siyasətinin prioritet istiqaməti olduğunu göstərir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.

Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.

Bu həftə ərzində rayon üzrə 19 idarə və müəssisədən 10-na müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 322 nəfər vətəndaş qəbul edilib. Onlardan 229 nəfərin müraciəti müsbət həll olunub, 93 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 18 nəfər vətəndaş müraciət edib. Onlardan 5 nəfər xəstəlik, 3 nəfər əlillik dərəcəsinin təyini, 3 nəfər dərman, 2 nəfər işə qəbul, 2 nəfər stasionar müalicə, 1 nəfər sənəd, 2 nəfər digər məsələ ilə bağlı müraciət etdiyini bildirib. Müraciətlərin 11-i yerində həll edilib, 7-si isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində müraciət etmiş 6 nəfərin müayinə ilə bağlı istəyi müsbət həll edilib. 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 162 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 122 nəfərin istəyi müsbət həll edilib, 40 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 113 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 75 nəfərin istəyi müsbət həll edilib, 38 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağına həftə ərzində müraciət etmiş 2 nəfərin telefon çəkilişi, 1 nəfərin telefonun addan-ada dəyişməsi ilə bağlı istəyi müsbət həllini tapıb.

"Azərpoçt” MMC-nin Qazax Poçt filialına həftə ərzində müraciət edən 1 nəfər vətəndaşın saxlanca düşən maneqramla bağlı istəyi müsbət həll olunub.

8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 5 nəfərin don vurmuş su sayğacı ilə bağlı istəkləri müsbət həll edilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda həftə ərzində 6 nəfər vətəndaşın işlə təmin olunma ilə bağlı müraciəti qanunamüvafiq qaydada cavablandırılıb. 

Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinə müraciət etmiş 2 nəfərin qaz sayğacının dəyişməsi ilə bağlı istəyi müsbət həll edilib. 1 nəfərin qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətinə isə qanunamüvafiq qaydada izahat verilib.

Qazax Elektrik Şəbəkəsində həftə ərzində müraciət etmiş 3 nəfər vətəndaşın SMS sayğaca pul yüklənməsi, 1 nəfərin su nasosuna sayğac qoyulması ilə bağlı müraciətləri təmin edilib. 1 nəfərin işlə təmin olunma barədə istəyinə qanunamüvafiq qaydada izahat verilib.

Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.

GOYEZEN.AZ


Geri qayıt