Əsas Səhifə > Rəsmi > Həftə ərzində idarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciətlərinə baxılıb
Həftə ərzində idarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciətlərinə baxılıb14-01-2023, 16:10 |
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bütün sahələrdə vətəndaş amilinə, vətəndaş məmnunluğuna üstünlük verilməsi onu sübut edir ki, bu amil dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Bu, eyni zamanda hər bir dövlət məmuru üçün nümunədir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir. Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur. Bu həftə ərzində rayon üzrə 19 idarə və müəssisədən 10-na müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 394 nəfər vətəndaş qəbul edilib. Onlardan 216 nəfərin müraciəti müsbət həll olunub, 178 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb. Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 15 nəfər vətəndaş müraciət edib. Onlardan 9 nəfər xəstəlik, 1 nəfər işə qəbul, 1 nəfər digər xəstəxanalara göndəriş, 1 nəfər stasionar müalicə, 2 nəfər sənədlə, 1 nəfər əlilliklə bağlı müraciət etdiyini bildirib. Müraciətlərin 8-i yerində həll edilib, 7-si isə qanunamüvafiq qaydada cavablandırılıb. Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində müraciət etmiş 6 nəfərin xəstəlik, 4 nəfərin müayinə ilə bağlı istəyi həll edilib. 1 nəfərin işə qəbulla bağlı müraciəti qanunamüvafiq qaydada cavablandırılıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 199 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 132 nəfərin istəyi müsbət həll edilib, 67 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 140 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 51 nəfərin istəyi müsbət həll edilib, 89 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. "Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağına həftə ərzində müraciət etmiş 1 nəfərin nömrənin ad dəyişməsi, 2 nəfərin yaşadığı evə telefon çəkilişi ilə bağlı istəyi müsbət həllini tapıb. "Azərpoçt” MMC-nin Qazax Poçt filialına həftə ərzində müraciət edən vətəndaşlardan 4 nəfərin saxlanca düşən maneqramla bağlı istəyi müsbət həll olunub. 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş vətəndaşlardan 2 nəfərin su sayğacı, 1 nəfərin kanalizasiya xəttindəki, 1 nəfərin su xəttindəki qəza ilə bağlı istəkləri müsbət həll edilib. Digər 2 nəfərin su sayğacı ilə bağlı müraciətinə baxılaraq icraata götürülüb. Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda həftə ərzində 10 nəfər vətəndaşın işlə təmin olunma ilə bağlı müraciəti qanunamüvafiq qaydada cavablandırılıb. Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinə müraciət etmiş 1 nəfərin qaz plitəsi və qazın verilişi ilə bağlı müraciəti təmin edilib. 1 nəfərin qazın sərfiyyatına görə olan borc, 1 nəfərin smart sayğacla bağlı müraciətlərinə qanunamüvafiq qaydada izahat verilib. Qazax Elektrik Şəbəkəsində həftə ərzində müraciət etmiş 3 nəfər vətəndaşın SMS sayğaca pul yüklənməsi ilə bağlı müraciətləri təmin edilib. Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır. GOYEZEN.AZ Geri qayıt |