Əsas Səhifə > Rəsmi > Əmək yarmarkasına 392 boş iş yeri çıxarılıb –
Əmək yarmarkasına 392 boş iş yeri çıxarılıb –5-10-2017, 12:19 |
Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən əhalini işlə təmin etmək məqsədilə respublikada mütəmadi olaraq tədbirlər həyata keçirilir. Hər il olduğu kimi bu il də bütün bölgələrdə əmək yarmarkalarının keçirilməsi davam etdirilib. Rayonumuzda məşğulluq səviyyəsinin yüksəldilməsi və işsizliyin azaldılması məqsədilə ilə keçirilən əmək yarmarkaları demək olar ki, artıq ənənə halını alıb. Belə əmək yarmarkalarından biri bu gün Qazax rayon İcra Hakimiyyətinin və rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dövlət Məşğulluq Xidmətinin Qazax rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilən yarmarkaya müvafiq boş iş yerləri çıxarılıb. Mədəniyyət Mərkəzində keçirilən yarmarkada İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib. Rayon Məşğulluq Mərkəzinin direktoru Elçin Nəsibov giriş sözü ilə çıxış edərək təşkil edilən yarmarkanın əhəmiyyətindən danışıb. Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev çıxış edərək dövlət tərəfindən əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, yaradılan yeni iş yerlərindən söz açıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Aparatında yerli orqanlarla və sosial tərəfdaşlarla iş sektorunda baş məsləhətçi Xətai Mehralıyev öz çıxışında bu cür əmək yarmarkalarının keçirilməsinin vacibliyini vurğulayıb və işçi ilə işəgötürən arasında böyük rol oynadığını qeyd edib. Əmək yarmarkasına rayon ərazisində fəaliyyət göstərən 28 idarə və müəssisədən 392 boş iş yeri çıxarılıb. Təşkilatlardan 16-ı dövlət, 11-i qeyri-dövlət, 1-i isə fiziki şəxsdir. 16 dövlət təşkilatı əmək yarmarkasına 284, 11 qeyri-dövlət təşkilatı 88, 1 fiziki şəxs isə 20 boş iş yeri təqdim edib. Mərkəzi xəstəxana, Müalicə Diaqnostika Mərkəzi, Konserv zavodu, Gigiyena və Epidemiologiya Mərkəzi, Bakı Dövlət Universitetinin Qazax filialı, Su-kanal idarəsi, “Azərxalça” ASC-nin Qazax filialı, Qazax Magistral Qaz Kəmərləri sahəsi, Kommunal Müəssisələr Kombinatı və başqa idarə və təşkilatlar əmək yarmarkasında iştirak edib. Əmək yarmarkasına çıxarılan boş iş yerlərinin əməkhaqqısının minimum həddi 121.00 manat, maksimum həddi isə 500.00 manat olub. İşə düzəlmək üçün yarmarkaya 200 nəfər müraciət edib ki, onların da 27 nəfərinə işə göndəriş verilib. 17 nəfər isə peşə hazırlığı kursuna cəlb edilib. Həmçinin mərkəzdə qalan digər boş iş yerləri mərkəzə müraciət edən işaxtaran vətəndaşlara təklif ediləcəkdir. GOYEZEN.AZ
Geri qayıt |