Əsas Səhifə > Rəsmi > Qazaxda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Qazaxda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub


30-09-2017, 10:34
Qazaxda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən hər il oktyabr ayının 1-i Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur.

Bu gün Qazax rayonunda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub. Bu münasibətlə rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev parkına gəliblər. Tədbir iştirakçıları ümummilli liderin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Qazaxda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin iradəsi ilə gerçəkləşən bu əlamətdar gün prokurorluq işçilərinə dövlət səviyyəsində göstərilən qayğının və hərtərəfli dəstəyin təzahürüdür.

Bildirilib ki, ulu öndərin ideyalarının layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına diqqət və qayğı göstərilir, mühüm dövlət təsisatlarından biri kimi onun normal fəaliyyəti üçün zəruri təminatlar yaradılması istiqamətində məqsədyönlü işlər görülür.

Qazaxda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
GOYEZEN.AZ


Geri qayıt