Əsas Səhifə > Rəsmi / Manşet > Vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilib

Vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilib


7-10-2022, 15:07


Bu gün əminliklə deyə bilərik ki, Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Bu, hər bir işdə vətəndaş məmnunluğunun əsas götürülməsində öz əksini tapır. Hər bir dövlət məmuruna nümunə olan bu amil Qazaxda da əsas götürülür. Rayon rəhbərliyi tərəfindən vətəndaşlar fərdi və ya ümumi şəkildə qəbul edilirlər.

Bu həftə ərzində müraciət etmiş 6 nəfər vətəndaşın istəyinə oktyabrın 7-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə baxılıb.


Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev Qazax şəhər sakini Həsənov Aliq Şamil oğlunun, rayonun Ağköynək kənd sakini Hacıəliyev Qalib Rəfail oğlunun, Kosalar kənd sakinləri Mehtixanlı Qədir Şahbaz oğlunun, Ruzgari Fəridə Əfqan qızının, Birinci Şıxlı kənd sakini Şamilova Şahniyar Calal qızının, Kəmərli kənd sakini Dursunov Aqif Məmməd oğlunun müxtəlif məzmunlu müraciətini dinləyib.


Vətəndaşların işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına müraciət etmələri bildirilib. Məşğulluq Mərkəzində olan boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib. Vətəndaşların pay torpağının yerinin dəqiqləşdirilməsinə, müalicə olunmasına köməklik göstərilməsi, eləcə də digər müxtəlif səpkili müraciətləri müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib.

GOYEZEN.AZ


Geri qayıt