Əsas Səhifə > Rəsmi > Qazaxda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib
Qazaxda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib28-09-2017, 12:00 |
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqinin keçirilməsi barədə” sərəncam imzalayıb. Həmin sərəncama əsasən bu gün Qazax rayonunda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib. Toplanış “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili“ mövzusuna həsr olunub. Məşqin məqsədi “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun və “Mülki müdafiənin təmin edilməsi barədə” Nazirlər Kabinetinin müvafiq Qərarının tələblərinin yerinə yetirilməsi, fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi vaxtı ərazi qüvvələrinin toplanış üzrə hazırlığının yoxlanılması, Mülki Müdafiə sənədlərinin normativ sənədlərin tələblərinə uyğunluğunun, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması olub. Eyni zamanda fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədilə mülki müdafiə qüvvələrinin xəbərdarlıq sxemi üzrə toplanış müddətinin müəyyənləşdirilməsi də bu məqsədə daxildir. Rayon İcra Hakimiyyəti başçısı Aparatında sektor müdiri, mülki müdafiə qərargahının rəisi Azad Hümbətov rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Məmməd Alıyevə raport verib. M.Alıyev məşqə toplaşanları salamlayaraq məqsəd və vəzifələrdən danışıb. Sonra Мülki Мüdafiə qüvvələrinin şəxsi heyətinin xəbərdarlıq siqnalı üzrə təyin olunmuş yerə toplanmasına nəzarət olunub və komandir-rəis heyətinin məruzəsi dinlənilib. Ərazi Mülki Müdafiə qüvvələrinin şəxsi heyətinə rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı çatdırılıb. Ərazi Мülki Мüdafiə qüvvələrinin təchizatı yoxlanılıb, funksional vəzifələri soruşulub. Мəşqə rəhbərliyin qərargah rəisi məşqin keçirilməsi və çatışmamazlıqlar barədə ətraflı məlumat verib. Мəşq rəhbəri məşqin keçirilmə səviyyəsini qiymətləndirib, çatışmamazlıqları qeyd edib və lazımi tövsiyələr verib. GOYEZEN.AZ
Geri qayıt |