Əsas Səhifə > Rəsmi > İdarə, müəssisə, təşkilat və xidmət sahələrinə həftə ərzində müraciət etmiş vətəndaşların istəkləri dinlənilib

İdarə, müəssisə, təşkilat və xidmət sahələrinə həftə ərzində müraciət etmiş vətəndaşların istəkləri dinlənilib


10-09-2022, 15:41


Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bütün sahələrdə vətəndaş amilini, vətəndaş məmnunluğunu əsas götürməsi hər bir dövlət məmuruna nümunədir.  

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.

Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.

Bu həftə ərzində rayon üzrə 20 idarə və müəssisədən 11-nə müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 313 nəfər vətəndaş qəbul edilib. Onlardan 229 nəfərin müraciəti müsbət həll olunub, 84 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 9 nəfər vətəndaş müraciət edib. Onlardan 2 nəfər xəstəliklə, 1 nəfər arayışla, 1 nəfər işə qəbulla, 4 nəfər digər xəstəxanalara göndərişlə, 1 nəfər əllliklə bağlı müraciət etdiyini bildirib. 7 nəfərin müraciəti yerində həll edilib, 2 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində müraciət etmiş 4 nəfərin müayinə, 3 nəfərin xəstəliklə bağlı, ümumilikdə, 7 nəfər vətəndaşın istəyi təmin olunub.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 215 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 187 nəfərin istəyi müsbət həll edilib, 28 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 60 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 18 nəfərin istəyi müsbət həll edilib, 42 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağına həftə ərzində müraciət etmiş 1 nəfər İkinci Şıxlı kənd sakini, şəhid ailəsinin internet və telefon xəttinin, 1 nəfər Qazaxbəyli, 1 nəfər Orta Salahlı kənd sakininin telefon xəttinin çəkilişi ilə bağlı istəyi müsbət həllini tapıb. 

"Azərpoçt” MMC-nin Qazax Poçt filialına həftə ərzində müraciət edən 2 nəfər vətəndaşın saxlanca düşən maneqramla bağlı istəyi müsbət həll olunub.

8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 5 nəfər vətəndaşın kanalizasiya və su xəttindəki qəza, artıq gedən sərfiyyatla bağlı istəkləri müsbət həll edilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektoruna həftə ərzində müraciət etmiş 5 nəfər vətəndaşın işlə təmin olunma ilə bağlı müraciəti qanunamüvafiq qaydada cavablandırılıb.

Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinə dəymiş ziyan və limit barədə müraciət etmiş 2 nəfər vətəndaşa qanunamüvafiq qaydada izahat verilib.

Qazax Elektrik Şəbəkəsində həftə ərzində müraciət etmiş 2 nəfər vətəndaşın borcun araşdırılması ilə bağlı istəyinə müvafiq izahat verilib.

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində 1 nəfər vətəndaşın subsidiyanın köçməməsi barədə müraciəti dinlənilərək səbəbi ona qanunamüvafiq qaydada izah olunub. 2 nəfərin işlə təmin olunma ilə bağlı istəyinə cavab olaraq ixtisasına uyğun iş olmadığı bildirilib. 

Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.

GOYEZEN.AZ


Geri qayıt