Əsas Səhifə > Rəsmi > Qazaxda idarə, müəssisə, təşkilat və xidmət sahələrinə həftə ərzində müraciət etmiş vətəndaşların istəkləri dinlənilib
Qazaxda idarə, müəssisə, təşkilat və xidmət sahələrinə həftə ərzində müraciət etmiş vətəndaşların istəkləri dinlənilib28-08-2022, 11:26 |
Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yürüdülən dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili, vətəndaş məmnunluğu bütün sahələrdə öz əksini tapır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir. Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur. Bu həftə ərzində rayon üzrə 20 idarə və müəssisədən 12-nə müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 340 nəfər vətəndaş qəbul edilib. Onlardan 190 nəfərin müraciəti müsbət həll olunub, 150 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektoruna həftə ərzində 5 nəfər vətəndaş işlə təmin olunma ilə bağlı müraciət edib ki, vətəndaşların müraciəti qanunamüvafiq qaydada cavablandırılıb. "Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağına naqil dəyişmə, telefon və internet xəttinin çəkilməsi ilə bağlı müraciət etmiş 4 nəfər vətəndaşın istəyi müsbət həllini tapıb. "Azərpoçt” MMC-nin Qazax Poçt filialına həftə ərzində müraciət edən 3 nəfər vətəndaşın saxlanca düşən və ada göndərilən maneqramla bağlı istəyi müsbət həll olunub. 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 5 nəfər vətəndaşın kanalizasiya və su xəttindəki qəza ilə bağlı istəkləri müsbət həll edilib. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində 1 nəfərin fındıq bağına görə subsidiyanın köçməməsi, 1 nəfərin kartof yığımı zamanı dəymiş ziyan barədə müraciəti dinlənilərək vətəndaşlara qanunamüvafiq izahat verilib. Qazax Suvarma Sistemləri İdarəsinə həftə ərzində müraciət edən 1 nəfər vətəndaşın yonca sahəsini suvarması barədə müraciətinə müvafiq izahat verilib. Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində müraciət etmiş 6 nəfərin müayinə, 4 nəfərin xəstəliklə, 2 nəfərin arayışla, ümumilikdə, 12 nəfər vətəndaşın istəyi təmin olunub. Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 27 nəfər vətəndaş müraciət edib. Onlardan 9 nəfər xəstəliklə, 1 nəfər arayışla, 6 nəfər işə qəbulla, 1 nəfər digər xəstəxanalara göndərişlə, 6 nəfər stasionar müalicə, 3 nəfər əllliklə, 1 nəfər digər məsələ ilə bağlı müraciət etdiyini bildirib. 13 nəfərin müraciəti yerində həll edilib, 14 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qazax Rayonu üzrə Maliyyə Şöbəsində həftə ərzində müraciət etmiş 1 nəfər vətəndaşın artıq ödənmiş vəsaitin geri qaytarılması ilə bağlı müraciətinə qanunamüvafiq izahat verilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 168 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 124 nəfərin istəyi müsbət həll edilib, 44 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 107 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 24 nəfərin istəyi müsbət həll edilib, 83 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. Qazax Elektrik Şəbəkəsinə həftə ərzində müraciət etmiş 5 nəfər vətəndaşın müxtəlif məzmunlu istəyinə baxılaraq təmin edilib. Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır. GOYEZEN.AZ Geri qayıt |