Əsas Səhifə > Rəsmi > Qazaxda idarə, müəssisə, təşkilat və xidmət sahələrinə həftə ərzində müraciət etmiş vətəndaşlar dinlənilib
Qazaxda idarə, müəssisə, təşkilat və xidmət sahələrinə həftə ərzində müraciət etmiş vətəndaşlar dinlənilib6-08-2022, 13:57 |
Bu gün ölkəmizdə vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir ki, bu, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman öz əksini tapır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir. Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur. Bu həftə ərzində rayon üzrə 20 idarə və müəssisədən 9-na müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 250 nəfər vətəndaş qəbul edilib. Onlardan 167 nəfərin müraciəti müsbət həll olunub, 83 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 134 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 90 nəfərin istəyi müsbət həll edilib, 44 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 51 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 18 nəfərin istəyi müsbət həll edilib, 33 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. "Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağına ünvan və addan-ada dəyişmə ilə bağlı müraciət etmiş 2 nəfər vətəndaşın istəyi müsbət həllini tapıb. "Azərpoçt” MMC-nin Qazax Poçt filialına həftə ərzində müraciət edən 2 nəfər vətəndaşın saxlanca düşən maneqramla bağlı istəyi müsbət həll olunub. 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 4 nəfər vətəndaşdan 3 nəfərin su xəttindəki qəza, kanalizasiya xəttinin təmizlənməsi və yeni su xəttinin çəkilməsi ilə bağlı istəkləri müsbət həll edilib. 1 nəfərin su xəttinin çəkilməsi ilə bağlı müraciətinə cavab olaraq nəzərdə tutulduğu bildirilib. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində 1 nəfərin salınmış fındıq bağına subsidiyanın köçməməsi barədə müraciəti dinlənilərək vətəndaşa qanunamüvafiq izahat verilib. Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində müraciət etmiş 10 nəfər vətəndaşın müalicə və müayinə ilə bağlı istəyi təmin olunub. Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 43 nəfər vətəndaş müraciət edib. Onlardan 6 nəfər arayışla, 13 nəfər xəstəliklə, 5 nəfər işə qəbulla, 1 nəfər imtiyazlı qrupa aid dərmanla, 13 nəfər digər xəstəxanalara göndərişlə, 3 nəfər stasionar müalicə, 1 nəfər əllliklə, 1 nəfər isə digər məsələlərlə bağlı müraciət etdiyini bildirib. 39 nəfərin müraciəti yerində həll edilib, 4 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb. Qazax Elektrik Şəbəkəsinə həftə ərzində müraciət etmiş 3 nəfər vətəndaşın müxtəlif məzmunlu istəyi təmin edilib. Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır. GOYEZEN.AZ Geri qayıt |