Əsas Səhifə > Rəsmi > Qazaxda idarə, müəssisə, təşkilat və xidmət sahələrinə həftə ərzində müraciət etmiş vətəndaşların istəklərinə baxılıb

Qazaxda idarə, müəssisə, təşkilat və xidmət sahələrinə həftə ərzində müraciət etmiş vətəndaşların istəklərinə baxılıb


23-07-2022, 11:38


Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı onu söyləməyə əsas verir ki, ölkəmizdə vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Bu, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsi deməkdir. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.

Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.

Bu həftə ərzində rayon üzrə 20 idarə və müəssisədən 13-nə müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 289 nəfər vətəndaş qəbul edilib. Onlardan 145 nəfərin müraciəti müsbət həll olunub, 144 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 103 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 57 nəfərin istəyi müsbət həll edilib, 46 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 106 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 35 nəfərin istəyi müsbət həll edilib, 71 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektoruna həftə ərzində 5 nəfər vətəndaş işlə təmin olunma, müəllimliyə imtahanda iştirak etmə ilə bağlı müraciət edib ki, vətəndaşların müraciəti qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Rayon Gənclər və İdman İdarəsinə “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinin alınması üçün sənədlərinin hazırlanıb nazirliyə göndərilməsi ilə bağlı müraciət etmiş 1 nəfər vətəndaşın istəyi müsbət həll edilib. Sənədlər hazırlanaraq aidiyyəti üzrə göndərilib. 

"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağına internet xəttinin çəkilməsi, telefon xəttinin işləməməsi ilə bağlı müraciət etmiş 3 nəfər vətəndaşdan 2-nin istəyi müsbət həllini tapıb. İnternet xəttinin çəkilməsini istəyən 1 nəfər vətəndaşın şifahi müraciəti qeydiyyata alınsa da sonradan vətəndaş özü rəsmi şəkildə müraciət etməyib. 

"Azərpoçt” MMC-nin Qazax Poçt filialına həftə ərzində müraciət edən 4 nəfər vətəndaşın saxlanca düşən maneqramlarla bağlı istəyi müsbət həll olunub.

Qazax Rayon Suvarma Sistemləri İdarəsinə həftə ərzində müraciət etmiş 4 nəfər Kosalar kənd sakininin kənddəki subartezian quyusunda suyun az olması ilə bağlı müraciətləri dinlənilərək müvafiq izahat verilib.  

8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 3 nəfər vətəndaşın su xəttindəki qəza və su sayğacının qoyulması barədə istəyi müsbət həll edilib.

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində 3 nəfərin subsidiyanın köçməməsi barədə müraciəti dinlənilərək 2-si müsbət həll edilib, 1 nəfərin müraciətinə isə qanunamüvafiq izahat verilib.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qazax Rayonu üzrə Maliyyə Şöbəsində həftə ərzində müraciət etmiş 1 nəfər vətəndaşın ödənişin təyinatı barədə istəyi təmin edilib.

Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində müraciət etmiş 1 nəfər şəhid anasının göndərişlə, 11 nəfər vətəndaşın isə müalicə və müayinə ilə bağlı istəyi təmin olunub.

Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 40 nəfər vətəndaş müraciət edib. Onlardan 13 nəfər xəstəliklə, 5 nəfər sənəd və arayışla, 7 nəfər işə qəbulla, 5 nəfər digər xəstəxanalara göndərişlə, 3 nəfər stasionar müalicə, 1 nəfər müayinə və müalicə, 1 nəfər tibbi qeydiyyatla, 5 nəfər əlilliklə bağlı müraciət etdiyini bildirib. 28 nəfərin müraciəti yerində həll edilib, 12 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.

Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinə həftə ərzində müraciət etmiş 4 nəfər vətəndaşın sayğac qoyulması, yerinin dəyişdirilməsi, işlə təmin olunma barədə istəkləri qanunamüvafiq qaydada cavablandırılıb. 

Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.

GOYEZEN.AZ


Geri qayıt