Əsas Səhifə > Rəsmi > Qazaxda qayğıya ehtiyacı olan vətəndaşlara ayrılan diqqətin daha bir bariz nümunəsi -
Qazaxda qayğıya ehtiyacı olan vətəndaşlara ayrılan diqqətin daha bir bariz nümunəsi -2-03-2022, 15:02 |
Bu gün tam əminliklə deyə bilərik ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında yürüdülən məqsədyönlü dövlət siyasətinin əsasında hər zaman vətəndaş amili dayanır. Bu, həyata keçirilən layihələrdə, tədbirlərdə, görülən bütün işlərdə öz əksini tapır. Ən əsası da hər zaman vətəndaş məmnunluğu əsas götürülür. Ölkə rəhbərinin, Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri onu deməyə əsas verir ki, dövlət hər zaman qayğıya ehtiyacı olan insanların yanındadır. Dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili, xüsusilə də dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazaxda da örnək götürülür. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması, illər öncə əsası qoyulan ənənənin bu gün də davam etdirilməsi vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilib. Ötən yazılarımızda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə qayğıya ehtiyacı olan Qazax şəhər sakini Məmmədova Rəmziyə Bəhlul qızını diqqətdə saxlaması, müalicə aldığı Qazax Rayon Mərkəzi Xəstəxanasında ona baş çəkməsi, Qazax şəhəri Heydər Əliyev prospekti 159 ünvanında yerləşən yaşadığı evin təmir olunması barədə məlumat vermişdik. Budur, artıq 68 yaşlı Rəmziyə ananın evi dövlətin, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, rayon rəhbərliyininqayğısı sayəsində əsaslı şəkildə təmir olunub və o, öz evindədir. Rəmziyə Məmmədovaona sahib çıxılmasına və göstərilən diqqətə, qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını bildirir. İlk gündən qayğısını əsirgəməyən millət vəkili Səməd Seyidova, onun köməkçisinə, əziyyətini çəkən insanlara razılığını ifadə edir. Bu gün dövlətin onun yanında olmasının bir daha şahidi olduğunu söyləyir. Evin təmirdən əvvəlki vəziyyəti
Təmir zamanı
Evin təmirli vəziyyəti
GOYEZEN.AZ Geri qayıt |