Əsas Səhifə > Rəsmi > Azərbaycan Prezidenti İlham Əliyev XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb


3-09-2016, 13:45
Azərbaycan Prezidenti İlham Əliyev  XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb
Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.

Görüşə toplaşanlar Azərbaycan Prezidentini, xanımı Mehriban Əliyevanı və ailə üzvlərini hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı görüşdə nitq söylədi.

Sonra mükafatlandırma mərasimi oldu.

Prezident İlham Əliyevin Azərbaycan milli olimpiya komandasının üzvlərinin təltif edilməsi ilə bağlı sərəncamları elan edildi.

Dövlətimizin başçısı Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXXI Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu, “Tərəqqi” medallarını, “Şöhrət”, “Vətənə xidmətə görə” ordenlərini təqdim etdi, onlara bir daha uğurlar arzuladı.

Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi Umudov, XXXI Yay Olimpiya Oyunlarının gümüş medalçısı Toğrul Əsgərovun şəxsi məşqçisi Elçin Zeynalov, taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığma komandasının böyük məşqçisi Elnur Amanov oyunların gümüş mükafatçısı, cüdoçu Elmar Qasımov, Olimpiadanın gümüş medalçısı, güləşçi Mariya STADNİK çıxış etdilər.

Mərasim tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam etdi.

AZƏRTAC
Geri qayıt