Əsas Səhifə > Rəsmi > Səyyar “ASAN xidmət” davam edir

Səyyar “ASAN xidmət” davam edir


14-06-2017, 11:02
Səyyar “ASAN xidmət” davam edir
GOYEZEN.AZ AZƏRTAC-ın məlumatına əsasən bildirir ki. Səyyar “ASAN xidmət” iyunun 13-dən 22-dək Xızı şəhəri və Xəzər rayonunun Zirə qəsəbəsində, iyunun 14-dən 23-dək Abşeron rayonunun Hökməli qəsəbəsində, iyunun 14-dən iyulun 3-dək Qazax şəhərində vətəndaşlara xidmət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, səyyar avtobuslar mayın 22-dən iyunun 20-dək Qusarda, iyunun 5-dən iyulun 4-dək Daşkəsən, Balakən, Yardımlı, İmişlidə, iyunun 5-dən 19-dək Ağdamda, səyyar “ASAN qatar” isə iyunun 10-dan 24-dək Mingəçevirdə vətəndaşların xidmətində olacaqlar. Bununla yanaşı, Abşeron Gənclər Evində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.



Geri qayıt