Əsas Səhifə > Rəsmi > Millət vəkili Ülviyyə Ağayeva qazaxlı seçiciləri ilə onlayn şəkildə görüşüb

Millət vəkili Ülviyyə Ağayeva qazaxlı seçiciləri ilə onlayn şəkildə görüşüb


8-09-2020, 15:47


Bu gün Azərbaycan Respublikası Milli Məclisinin elm, təhsil və mədəniyyət komitələrinin üzvü, millət vəkili Ülviyyə Ağayeva Pandemiya ilə əlaqədar olaraq qazaxlı seçiciləri ilə onlayn şəkildə görüşüb.

Aşağı Əskipara, XanlıqlarCəfərli kənd sakinləri ilə onlayn şəkildə görüşən millət vəkili ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaşlara hər zaman yüksək səviyyədə dövlət qayğısı göstərildiyini və həmin qayğının bu gün də davam etdirildiyini bildirib. Bu cür görüşlərin təşkil olunmasının da məhz vətəndaş məmnunluğuna, onları narahat edən məsələlərin həllinə yönəldiyini vurğulayıb.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyevanın millət vəkilinin köməkçisi Arzu Musayevanın iştirakı ilə keçirilən onlayn görüşdə vətəndaşları narahat edən problemlər dinlənilib, qayğılarla maraqlanılıb. Millət vəkili irəli sürülən məsələlərin həlli üçün öz imkan və səlahiyyətləri daxilində aidiyyəti orqanlara müraciət edəcəyini qeyd edib.

Millət vəkili Ü.Ağayeva belə görüşlərin gələcəkdə də mütəmadi olaraq təşkil ediləcəyini və bu barədə öncədən əlavə məlumatın veriləcəyini seçicilərin nəzərinə çatdırıb.

Millət vəkili ilə səmimi söhbət edən sakinlər də dövlətin və dövlət başçısının, eləcə də rayon rəhbərliyinin onlara olan qayğısını hər zaman hiss etdiklərini dilə gətirərək minnətdarlıqlarını çatdırıblar. Onlarla olan səmimi görüşə və qayğıları ilə maraqlandığına görə millət vəkilinə təşəkkür ediblər.

GOYEZEN.AZ


Geri qayıt