Hər kəsə yaxşı məlumdur ki, avqustun 21-də Hicri təqviminə əsasən
Məhərrəm ayı başlayır. Məhərrəm ayı ilə əlaqədar hər zaman ölkəmizdə dini
mərasimlər keçirilib. Lakin hazırda dünyanı bürüyən COVID-19 pandemiyası ilə
əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi və təlimatı əsasında əksər
ölkələrdə bir sıra kütləvi tədbirlərin, eləcə də dini ayin və mərasimlərin
keçirilməsi təxirə salınıb. Bir sıra müsəlman ölkələrində olduğu kimi,
Azərbaycanda da Məhərrəm ayında pandemiya dövrünün tələblərinə ciddi şəkildə
əməl olunmasına böyük önəm verilir. Ölkəmizdəki hazırkı epidemioloji vəziyyətə
uyğun olaraq Məhərrəm ayı ilə əlaqədar kütləviliyə yol verilməməsi
vətəndaşlardan xahiş olunur.
Bu
gün Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdiri Gulaya Həsənovanın, Qazax RİH başçısı aparatında
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil
Vəliyevin, Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsində müdir
müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmovun, şöbənin baş məsləhətçisi Gülnar Quluyevanın, Qafqaz Müsəlmanları
İdarəsinin Qazax bölgəsi üzrə qazısı, Qazax "Cümə” məscidinin
imamı İlham Süleymanovun, rayonda fəaliyyət göstərən icma sədrləri və dini
ayinlərin icraçılarının iştirakı ilə bu mövzu müzakirə olunub.
Qazax
Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi
və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən
respubikamızda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması
istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, qaşıdan gələn Məhərrəm
ayında, habelə yas məclislərində Nazirlər Kabineti yanında Operativ Qərargahın
qəbul etdiyi qaydalara ciddi şəkildə riayət olunmalıdır.
Qazax RİH başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev Qazax Rayon İcra
Hakimiyyətinin təşəbbüsü ilə yaşayış məntəqələri üzrə tərkibində bir nəfər Daxili İşlər Nazirliyinin əməkdaşı
olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, RİHB-nin
İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin və digər
qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qrupların fəaliyyətindən
danışıb. A.Vəliyev koronavirus infeksiyası ilə mübarizə
məqsədilə yaradılmış həmin mobil qruplar tərəfindən rayonun bütün ərazilərində Məhərrəm
ayında "Aşura” mərasimləri ilə bağlı reydlər keçiriləcəyini, xüsusi karantin
rejimi qaydalarını pozaraq ziyarətgahlarda, qəbiristanlıqlarda, eləcə də evlərdə
dini mərasim təşkil edən və bu mərasimlərdə kütləvi şəkildə toplaşanlar
barəsində qanunamüvafiq cəza tədbirləri görüləcəyini bildirib.
Qazax RİH başçısı aparatında İctimai-siyasi
və humanitar məsələlər şöbəsində müdir müavini-dini qurumlarla işin
təşkilatçısı Ceyhun Rüstəmov, Qafqaz Müsəlmanları İdarəsinin
Qazax bölgəsi üzrə qazısı, Qazax "Cümə” məscidinin
imamı İlham Süleymanov, dini icma sədrlərindən Sahilə Orucova rayonda dini
durumun tam sabit olduğunu, bu sahədə heç bir problemin olmadığını, dindarların
ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasının
yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirləri
dəstəklədiklərini bildiriblər. Ölkəmizin əmin-amanlığı və torpaqlarımızın
işğaldan azad olunması, dünyanı bürüyən COVID-19 bəlasının tez bir zamanda yox
olması üçün dualar etdiklərini qeyd ediblər. Qeyd olunub ki, son günlər ölkəmizdə koronavirus infeksiyasına yoluxma
hallarının sayında, xəstəliyin yayılma dinamikasında azalma, ölkə üzrə xüsusi
karantin rejimində bəzi yumşalma halları bizi arxayınlaşdırmamalıdır. Bunun
üçün Məhərrəm ayında da xüsusi karantin rejimi qaydalarına ciddi şəkildə əməl
etməyin vacibliyi bir daha vurğulanıb.
GOYEZEN.AZ
Geri qayıt
|