Əsas Səhifə > Rəsmi > Gədəbəydə ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

Gədəbəydə ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək


30-03-2017, 15:00
Gədəbəydə ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək
GOYEZEN.AZ AZƏRTAC-ın məlumatına əsasən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, aprelin 7-də komitənin sədri Hicran Hüseynova Gədəbəy rayonunda saat 14:00-da Aşıq musiqili məktəbində vətəndaşların qəbulunu keçirəcək.

Komitə sədri Qazax, Ağstafa, Şəmkir, Daşkəsən, Tovuz, Gədəbəy rayonlarının sakinlərinin qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı müraciətlərini dinləyəcək.

Qəbuldan sonra rayonun fəal qadınları ilə görüş keçirilməsi planlaşdırılır. Görüşdə qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılacaq.



Geri qayıt