Əsas Səhifə > Rəsmi > İşğal olunmuş ilk Azərbaycan kəndi

İşğal olunmuş ilk Azərbaycan kəndi


24-03-2017, 11:28

Bağanıs Ayrımın işğalından 27 il ötür


İşğal olunmuş ilk Azərbaycan kəndi
Ermənilər Dağlıq Qarabağda öz məkirli siyasətlərini həyata keçirdikləri zaman Qazax rayonunun kəndlərinə də tez-tez hücumlar edirdilər. Dağlıq Qarabağdan 100 km-lərlə uzaqda yerləşən Qazax rayonunun kəndləri erməni işğalçılarının hücumlarına məruz qalırdı. Həmin dövrdə sovet hökümətinin qərarına əsasən rayonda olan bütün silahlar əhalinin əlindən alınmışdı. Ermənistanla 168 km sərhəddə olan Qazaxda silahların kütləvi şəkildə yığılması nəticəsində camaat düşmən qarşısında əliyalın vəziyyətdə qalmışdı.
İşğal olunmuş ilk Azərbaycan kəndi
İşğal olunmuş ilk Azərbaycan kəndi
Rayon milis şöbəsində cəmi 7 avtomat saxlanılmışdır ki, bu da güclü silahla təchiz edilmiş ermənilərin hücumlarının qarşısının alınmasında mümkünsüz idi. Bununla da o zaman ki, SSRİ rəhbərliyi azərbaycanlılara qarşı erməni silahlı qüvvələrinin törədəcəyi soyqırımına şərait yaratmışdı.
İşğal olunmuş ilk Azərbaycan kəndi
İşğal olunmuş ilk Azərbaycan kəndi
1990-cı ilin Novruz bayramının ilk günlərində Bağanıs Ayrım kəndi erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun hərbiçiləri ilə birgə törətdikləri soyqırımın qurbanı oldu.
İşğal olunmuş ilk Azərbaycan kəndi
İşğal olunmuş ilk Azərbaycan kəndi
Həmin ilin mart ayının 23-dən 24-nə keçən gecə Bağanıs Ayrımda ilk faciə törədildi. 5 nəfərdən ibarət olan Əsliyevler ailəsi diri-diri ocağa atıldı. Daha bir nəfər kənd sakini də odda yandırıldı. Bir milis serjantı isə həmin gecə bu dəhşətli soyqırımın qurbanı oldu. Ocağa atılan insanların böyüyü 75 yaşında, kiçiyi isə 39 günlük körpə idi. Faciə zamanı 17 ev yandırıldı, 11 ev isə qarət edildi.
İşğal olunmuş ilk Azərbaycan kəndi
İşğal olunmuş ilk Azərbaycan kəndi
1990-cı ilin martında işğal olunan Bağanıs Ayrım kəndinin sakinləri öz dogma yurd-yuvalarından didərgin düşdülər. Kənd sakinləri rayonun müxtəlif yaşayış məntəqələrində məskunlaşdı.
İşğal olunmuş ilk Azərbaycan kəndi
İşğal olunmuş ilk Azərbaycan kəndi
Bu gün ermənilərin Bağanıs Ayrım kəndində törətdikləri soyqırımdan 27 il ötür. Kənd sakinləri həmin faciəli günü böyük kədər hissi ilə yad edirlər.
İşğal olunmuş ilk Azərbaycan kəndi
İşğal olunmuş ilk Azərbaycan kəndi
Bağanıs Ayrım faciəsi haqqında şair-publisist Elçin İsmayıl “Bu, əsl faciə idi” kitabını yazmış, bu qanlı hadisəni dünya ictimaiyyətinə çatdırmışdır.

İşğal olunmuş ilk Azərbaycan kəndi
İşğal olunmuş ilk Azərbaycan kəndi
İşğal olunmuş ilk Azərbaycan kəndi
İşğal olunmuş ilk Azərbaycan kəndi
GOYEZEN.AZ

Geri qayıt