Əsas Səhifə > Rəsmi > Qazax Rayon Məşğulluq Mərkəzində əmək yarmarkası keçiriləcək

Qazax Rayon Məşğulluq Mərkəzində əmək yarmarkası keçiriləcək


2-10-2019, 18:55


Respublika Prezidenti cənab İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın əsas məqsədi məşğulluq siyasətinin ekstensiv mərhələdən intensiv mərhələyə keçidini təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, tam məşğulluğu təmin etmək, layiqli əməyi dəstəkləmək və əmək məhsuldarlığını yüksəltməkdir.

"Məşğulluq Strategiyası”nın icrası məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının 20 dekabr 2018-ci il tarixli, 9-21/173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2019-cu il üçün Ərazi Məşğulluq Proqramında əmək yarmarkasının keçirilməsi nəzərdə tutulmuşdur.

Aktiv məşğulluq tədbirləri çərçivəsində Qazax Rayon Məşğulluq Mərkəzində 3 oktyabr 2019-cu il tarixdə əmək yarmarkası keçiriləcək. Yarmarka saat 11:00-da Rayon Məşğulluq Mərkəzində təşkil olunacaq.

Məlumat üçün qeyd edək ki, əmək yarmarkasına rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilat üzrə boş iş yerləri çıxarılacaqdır. İştirak etmək istəyən işaxtaranlar qeyd olunan vaxtda Mərkəzə müraciət edə bilərlər.

Ünvan: Heydər Əliyev prospekti 177

Əlavə məlumat əldə etmək üçün əlaqə telefonu: (02229) 5-23-53

GOYEZEN.AZ


Geri qayıt