Bu
gün Qazaxda Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının
qismən maliyyələşdirdiyi və icra etdiyi "Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin
Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində
tədbir keçirilib. "Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ilə əməkdaşlıq
çərçivəsində həyata keçirilən tədbirdə layihənin məqsəd və əhəmiyyətindən söz
açılıb. Qeyd olunub ki, "Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə
Gender Əsaslı Bələdiyyələrin Təşviqi" layihəsinin əsas məqsədi Azərbaycanda
2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək lider qadınlar şəbəkəsinin
yaradılmasıdır.
Şəhid Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbdə
keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova,
icra aparatının məsul işçiləri, AQUPDK-nin sədr müavini Sədaqət Qəhrəmanova, "Dayanıqlı
İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi”
layihəsinin rəhbəri, Bakı şəhər, Suraxanı rayon Qaraçuxur bələdiyyəsinin sədr
müavini və "Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri
Lyudmila Xəlilova, rayon ziyalıları, bələdiyyə sədrləri
və üzvləri, KİV nümayəndələri iştirak ediblər.
Qazax
Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbiri giriş sözü ilə açaraq
qonaqları və iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, bugünkü
tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. Bu cür tədbirlərin təşkilini yüksək
qiymətləndirib. G.Həsənova rayonda 17 bələdiyyənin fəaliyyət göstərdiyini, bir
bələdiyyə sədrinin isə qadın olduğunu və həmin bələdiyyələrdə xeyli sayda qadın
üzvlərin çalışdığını diqqətə çatdırıb. Bugünkü tədbirin həmin qadın bələdiyyə
üzvlərinin öz hüquq və bacarıqlarının öyrənilməsində, gender bərabərliyinin
təmin olunması sahəsində maariflənmələri baxımından böyük əhəmiyyət kəsb
etdiyini qeyd edib.
Sonra "Qadınlar
Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova layihə
haqqında məlumat verərək qeyd edib ki, əsas məqsədi effektiv və gender yönümlü
yerli özünüidarəetmənin təşkili və bələdiyyə idarəçiliyində qadınların rolunun
gücləndirilməsidir. L.Xəlilova layihənin Bakı, Abşeron, Ağdam, Bərdə, Goranboy,
Tərtər, Tovuz, Ağstafa və Qazax rayonu olmaqla 9 regionda icra olunduğunu
bildirib. Layihə tədbirlərinin həyata keçirilməsi istiqamətində Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əsas
tərəfdaş olduğunu diqqətə çatdırıb.
Layihə
rəhbəri vurğulayıb ki, layihənin fəaliyyətlərinin icrası nəticəsində Dayanıqlı
İnkişaf Məqsədlərinin gender bərabərliyi 5-ci Məqsəd və xüsusilə 5.5-ci hədəfi
Qadınların siyasi, iqtisadi və ictimai həyatda qərarların qəbul edilməsində tam
və effektiv iştirakının və bərabər imkanların təmin olunması barədə
ictimaiyyətin biliklərinin artırılmasına, 2019-cu il bələdiyyə seçkilərində
qadın namizədlərin sayının və bacarıqlarının inkişaf etdirilməsinə, qərarların
qəbul edilməsi prosesində qadınların iştirakını dəstəkləmək üçün potensial
namizədlərin, müşahidəçilərin, seçicilərin, işgüzar qadınların və digər
mütəxəssislərin şəbəkəsinin genişləndirməsinə və qadınların qərarvermə prosesinə
medianın marağının (işıqlandırma) və aktivliyinin yüksəldilməsinə nail olmaqdır.
AQUPDK-nin sədr müaviniSədaqət Qəhrəmanova çıxış edərək tədbir iştirakçılarını salamlayıb və
tədbirin təşkilinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Komitə
olaraq ailə ilə iş və gender bərabərliyi sahəsində görülən işlərdən söz açıb. Respublika
Prezidentinin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə yaradılmış və nazirlik
səlahiyyətlərinə malik olan Komitənin qadın hüquqları və səlahiyyətlərinin
genişləndirilməsinə aid bütün aspektlər üzrə dövlət siyasətinin işlənib
hazırlanması və həyata keçirilməsinə məsuliyyət daşıyan yeganə milli mexanizm
hesab olunduğunu qeyd edib.
S.Qəhrəmanova tədbirdə erkən
nikah, onun törətdiyi fəsadlardan və aradan qaldırılması yollarından da
danışıb. Qeyd edib ki, yerlərdə bələdiyyələr güclü olmalıdır ki, vətəndaşlara
onları narahat edən məsələlərdə kömək edə bilsinlər. Qadınların cəmiyyətə
tutduqları mövqelərindən danışan sədr müavini qadın iştirakçılara bəzi tövsiyələrini
də bildirib. O, cəmiyyətdə müəyyən bir mövqeyə sahib olan qadının daim nümunəvi
olmasını söyləyib. Qadınlara dövlətinə, ölkə başçısına sadiq olduqlarını öz
nümunəvi əməlləri ilə sübut etməyi tövsiyə edib.
Məruzələr
dinlənildikdən, müvzu ətrafında geniş müzakirələrdən sonra iştirakçılar tərəfindən
bir sıra təkliflər səslənib. Qazax Rayon Qeydiyyat şöbəsinin
rəisi Məsumə Səmədova, Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri Yasin Əkbərov, Kənd Təsərrüfatı
İçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin
sədri Fərhad Qocamanov, "Labmed Tibb Mərkəzi” MMC-nin direktoru Turan
Axundova və başqaları çıxış edərək öz təklif və tövsiyələrini bildirib, bugünkü
tədbirin təşkilinə görə layihədə əməyi keçən insanlara minnətdarlıqlarını
bildiriblər.
Sonda tədbir iştirakçıları
xatirə şəkli çəkdiriblər.
GOYEZEN.AZ
Geri qayıt
|