Əsas Səhifə > Rəsmi > Qazaxa yeni polis rəisi təyin edilib

Qazaxa yeni polis rəisi təyin edilib


21-02-2017, 14:30
Qazaxa yeni polis rəisi təyin edilib
Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Ədalət Əliyev Qazax rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Qeyd edək ki, polis polkovnik-leytenantı Ədalət Əliyev Bakının bir çox rayonlarında müxtəlif vəzifələrdə - Nizami rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, Sabunçu rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi vəzifələrində çalışıb.

GOYEZEN.AZ

Geri qayıt