Əsas Səhifə > Rəsmi > Vergilər naziri Gədəbəydə vətəndaşları qəbul edəcək
Vergilər naziri Gədəbəydə vətəndaşları qəbul edəcək21-02-2017, 14:04 |
GOYEZEN.AZ saytı AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, fevralın 24-də vergilər naziri Fazil Məmmədov Gədəbəy rayonunda yerləşən Aşıq Məktəbində (ünvan: Gədəbəy şəhəri İbrahim Mirzəyev 2) Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergiödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq. Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 14 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Umudov Orxan İlqar oğlu, əlaqə telefonu (022-305-31-03), mobil (055-689-77-22), Qazax rayonu Vergi ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Talıbov Qəzənfər Ələkbər oğlu, əlaqə telefonu: (022-295-09-57), mobil (050-254-41-09), Ağstafa rayonu Vergi ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Sadıqov İsmayıl Hüseyn oğlu, əlaqə telefonu: (022-225-35-90), mobil (050-751-89-99), Tovuz rayonu Vergi ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Qurbanov Əli Nurəddin oğlu, əlaqə telefonu: (022-315-73-69), mobil (050-347-30-44) və Gədəbəy rayonu Vergi ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Cəfərov Məmməd İnqilab oğlu, əlaqə telefonu: (022-326-36-57), mobil (051-309-80-10) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər. Geri qayıt |