Əsas Səhifə > Rəsmi > Tədbirlər planı hazırlanıb
Tədbirlər planı hazırlanıb14-02-2017, 14:15 |
XOCALI SOYQIRIMI -- 25 -------------------Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair “Tədbirlər planı”nın hazırlanması haqqında 13 fevral 2017-ci il tarixli sərəncam imzalayıb. 9-21/15 nömrəli sərəncama əsasən Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında Xocalı soyqırımı ilə bağlı anım mərasimlərinin keçirilməsi nəzərdə tutulub. Rayonun ümumtəhsil məktəblərində Xocalı soyqırımına həsr olunmuş inşa yazıların, şeir və rəsm müsabiqələrinin keçirilməsi də tədbirlər planına daxil edilib. Rayonda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş elmi-praktik konfransların keçirilməsinə aid göstərişlər verilib. Həmçinin rayonun kütləvi informasiya vasitələrinə Xocalı soyqırımına həsr olunmuş materialların dərc edilməsi ilə bağlı verilmiş tapşırıqlar da tədbirlər planında qeyd edilib. Qazax şəhərində şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə əklil və gül-çiçək dəstələrinin qoyulması da tədbirlər planında öz əksini tapıb. Xocalı soyqırımı ilə əlaqədar rayonun yaşayış məntəqələrində Azərbaycanın Dövlət Bayraqlarının endirilməsi də tədbirlər planına daxil edilib. Tədbirlər planında Qazax Cümə Məscidində və rayonun kəndlərində olan məscidlərdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimlərinin təşkil edilməsi göstərilib. 26 fevral 2016-cı il tarixdə saat 17:00-da bütün rayon ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi də tədbirlər planında öz əksini tapıb. Tədbirlər planında qeyd olunan bütün məsələlərlə bağlı aidiyyatı idarə və müəssisələrin rəhbərlərinə tapşırıqlar verilib. GOYEZEN.AZ Geri qayıt |