Əsas Səhifə > Rəsmi > ELAN
ELAN27-01-2017, 10:51 |
Səyyar “ASAN qatar” fevralın 1-dən vətəndaşların xidmətindəAzərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar “ASAN qatar” konsepsiyası reallaşdırılıb. Səyyar “ASAN qatar”ları ölkəmizdə geniş dəmiryolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərməyi nəzərdə tutur. Fevral ayının 1-dən etibarən ilk olaraq Səyyar “ASAN qatar” vasitəsilə Qazax rayonunda sakinlərə 15 gün müddətində səyyar formada xidmət göstəriləcək. Xidmətlər 4 dövlət orqanı (Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən təqdim olunacaq. Eyni zamanda, qatarda funksional yardımçı xidmətlər də (foto, tibb, bank xidmətləri) təşkil edilib. Bu xidmətlərə aşağıdakılar daxildir: • Notariat fəaliyyəti; • Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı; • Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi; • Sürücülük vəsiqələrinin dəyişdirilməsi; • Əmək pensiyalarının təyin edilməsi; • Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi; • Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi; • Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi; • Tibb xidmətləri; • Azərbaycan Dəmir Yolları ASC - bilet satışının həyata keçirilməsi. Ünvan: Qazax rayonu Dəmiryol Stansiyası Vətəndaşları bu xidmətdən maksimum yararlanmağa dəvət edirik! Geri qayıt |