Əsas Səhifə > Rəsmi > Qazaxda Beynəlxalq Qadınlar Günündə uzunömürlü analar da yad edilib

Qazaxda Beynəlxalq Qadınlar Günündə uzunömürlü analar da yad edilib


8-03-2019, 22:02


8 Mart – Beynəlxalq Qadınlar Günü respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə ilə qeyd olunub. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına icra başçısının Fəxri Fərmanı, hədiyyələr və gül dəstələri təqdim edilib.

Qazaxda yaşayan uzunömürlü insanların sayı da kifayət qədərdir. Rayon rəhbərliyinin tapşırığına əsasən ömrünün ahıl çağlarını yaşayan həmin uzunömürlü analar da 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə yad edilib, hədiyyələr verilib.

Bayram münasibətilə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov, aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova və Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirov rayonun Kəmərli, Aşağı Salahı, Daş Salahlı, Çaylı, Aslanbəyli kəndlərində həmin yaşlı anaların evlərində qonaq olub, onlara baş çəkib, əlamətdar gün münasibətilə təbrik ediblər.

Nurani qadınlara Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun səmimi salamlarını və bayram təbriklərini çatdırıblar. İcra başçısının rayonda ömrünün ahıl çağlarını yaşayan insanlara olan səmimi münasibətindən, göstərdiyi qayğıdan danışıb, onların daim diqqət mərkəzində saxlanıldıqlarını bildiriblər. Qeyd ediblər ki, rayon rəhbərliyinin tapşırığına əsasən sizlərə baş çəkməyə gəlmişik.

Qonaqları səmimi qarşılayan 111 yaşlı Səyalı Nəbiyeva, 106 yaşlı Səkinə Mirzəyeva, 102 yaşlı sakinlərdən Lilpar Həsənova, Qaratel Bənnayeva, 100 yaşlı Xalsa İbrahimova və ailə üzvləri onları salamlayıb, rayon rəhbərliyindən razı qaldıqlarını bildiriblər. Qeyd ediblər ki, ömrünün ahıl çağlarını yaşayan bizim kimi insanları axtarmağınız, bizimlə yaxından maraqlanmağınız, diqqət və qayğı göstərməyiniz bizi çox sevindirir. Bizim evimizdə olduğunuza və bizə diqqət ayırıb bayramımızı təbrikə gəldiyinizə görə ailəmiz adından icra başçısına öz dərin minnətdarlığımızı bildiririk. Qoy bizim kimi ahıl çağlarını yaşayan insanları yada saldığına görə Uca Yaradan da onu hifz etsin. Allah ona və sizə gələcək işlərinizdə yardımçı olsun.

Səmimi və bayram əhval-ruhiyyəli görüşün sonunda qonaqlar xatirə şəkli çəkdiriblər.




GOYEZEN.AZ

 

 


Geri qayıt