Əsas Səhifə > Rəsmi > Sərhəd kəndində heç bir problem yoxdur

Sərhəd kəndində heç bir problem yoxdur


24-01-2017, 18:10

Kəmərli kəndində keçirilən hesabat yığıncağında bu fikir səslənib


Sərhəd kəndində heç bir problem yoxdur
Ermənistanla sərhəddə yerləşən Kəmərli kəndi bu gün özünün qayğısız və problemdən uzaq günlərini yaşayır. Düşmənin bir addımlığında olmasına baxmayaraq kənddə həyat öz axarı ilə davam edir. Bunu Kəmərli kəndində keçirilən hesabat yığıncağında səsləndirilən fikirlərdən aydın şəkildə görmək olur.
Sərhəd kəndində heç bir problem yoxdur
Kəmərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Səməd Orucov geniş hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, respublikanın bütün bölgələri kimi Qazaxın da inkişafına ölkə başçısı İlham Əliyev tərəfindən yüksək diqqət və qayğı göstərilmişdir. Bu gün Qazax dinamik inkişaf yolundadır. Görülmüş işlər nəticəsində Qazaxın siması sözün əsl mənasında tamamilə dəyişmiş, rayonumuz respublikanın abad və gözəl bölgələrindən birinə çevrilmişdir. Bu gün Qazax böyük bir tikinti meydançasını xatırladır. Bütün bunlar isə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun gərgin əməyinin nəticəsidir.

Kəmərli kəndinin inzibati ərazisi 3887 hektardır. Kənddə 813 təsərrüfat var və 3172 nəfər əhali yaşayır. Nümayəndəliyin ərazisində 1 xəstəxana, 2 tam orta məktəb, 1 folklor klubu, 1 kitabxana, poçt və ATS fəaliyyət göstərir.

Hesabat ilində nümayəndəliyin ərazisi həmişə diqqət mərkəzində saxlanılmış, kənd ərazisində olan zibilliklər vaxtlı-vaxtında təmizlənmiş və səliqə-sahman yaradılmışdır.
Sərhəd kəndində heç bir problem yoxdur
Hesabat dövründə kənd əhalisi əsasən heyvandarlıq və bitkiçiliklə məşğul olmuşdur. Əhaliyə məxsus 1332 baş iribuynuzlu heyvan vardır ki, həmin heyvanlarda zoobaytar xidmətləri həyata keçirilmiş və bir sıra peyvəndlər aparılmışdır.

2016-cı ildə kənddə 620 hektar taxıl biçini vaxtında aparılmış və 1500 ton məhsul əldə edilmişdir. Bunun da 1375 tonu buğda, 125 tonu isə arpadır. Ümumi məhsuldarlıq 25 sentner təşkil etmişdir.

2017-ci il ilin məhsulu üçün ötən ildəkindən xeyli çox - 580 hektar sahə əkilmişdir ki, bunun da 475 hektarında buğda, 50 hektarında isə arpa səpilmişdir. Həmçinin kənddə 1 hektar üzüm sahəsi vardır.
Sərhəd kəndində heç bir problem yoxdur
Cari ildə suvarma sahəsində olan problemlər aradan qaldırılmış, Kür çayından qalxan su nasos xəttinin müəyyən hissəsi təmir olunaraq işlək vəziyyətə salınmışdır. Bununla yanaşı 3 ədəd artezian quyusunun qazılması nəzərdə tutulmuşdur.

Kənddə yaşayan aztəminatlı və şəhid ailələrinə, həmçinin müharibə veteranları və tənha adamlara daim diqqət və qayğı ilə yanaşılmışdır.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun sərəncamına uyğun olaraq kənddə yaradılmış 5 nəfərdən ibarət işçi qrupunun fəaliyyəti qənaətbəxş olmuşdur. Onların təşəbbüsü ilə kəndarası yolların, kəndi rayona birləşdirən mərkəzi yolun ətraflarında və kənd qəbiristanlıqlarında təmizlik işləri aparılmış, yol kənarlarına 250 ədəd ağac əkilmişdir.
Sərhəd kəndində heç bir problem yoxdur
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov müntəzəm olaraq kəndimizdə sakinlərlə görüş keçirmiş, əhalinin qarşılaşdığı problemlərin həll olunması istiqamətində tapşırıq və göstərişlər vermişdir.

Kənd sakinlərindən Rəhim Rəhimov, Fərhad Nemətov, Minarə Rəhimova, Sərhəd Məmmədov, Cəmhur Əhmədov, Mədət Orucov, Lüsya Babayeva, Tapdıq Mansırov çıxış edərək kəndin hər cür diqqət və qayğı ilə təmin olunduğuna görə Respublika Prezidenti İlham Əliyevə kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.
Sərhəd kəndində heç bir problem yoxdur
Hesabat yığıncağında RİHB Aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl, aparatın məsul işçiləri Qərib Bayramov, Kəmalə Cəfərova və Teybə Hüseynova iştirak etmişlər.

GOYEZEN.AZ
Geri qayıt