Əsas Səhifə > Rəsmi > Sərhəd kəndində 2016-cı ildə görülmüş işlərə dair hesabat yığıncağı keçirilib

Sərhəd kəndində 2016-cı ildə görülmüş işlərə dair hesabat yığıncağı keçirilib


23-01-2017, 19:23
Sərhəd kəndində 2016-cı ildə görülmüş işlərə dair hesabat yığıncağı keçirilib
Quşçu Ayrım kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elman Nəsibov hesabat məruzəsi ilə çıxış edərək ölkəmizdə əsasını ulu öndər Heydər Əliyevin qoyduğu siyasətin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən, sosial-iqtisadi və tikinti-abadlıq sahəsində ölkəmizdə, eləcə də rayonumuzda əldə olunmuş uğurlardan danışıb. Qeyd edib ki, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov dəfələrlə Quşçu Ayrım və Məzəm kəndlərində əhali ilə görüşmüş, kənd sakinlərini narahat edən problemlərin həlli istiqamətində təqdirəlayiq işlər görmüşdür.

Quşçu Ayrım kənd İƏD üzrə nümayəndəlik özündə iki kəndi – Quşçu Ayrım və Məzəm kəndlərini birləşdirir. Quşçu Ayrım kəndində 335 ailədə 1093 nəfər, Məzəm kəndində 105 ailədə 362 nəfər, ümumilikdə cəmi 440 ailədə 1455 nəfər yaşayır. Nümayəndəliyin ərazisi isə 1200 kvadratmetrdir.
Sərhəd kəndində 2016-cı ildə görülmüş işlərə dair hesabat yığıncağı keçirilib
Hesabat dövründə Məzəm kəndində 22 evin ətrafına istinad divarı çəkilmişdir. Kəndarası yolların 2 kilometrinə çınqıl döşənmiş, Əsli Nəsibovanın erməni atəşi nəticəsində yanmış evi təmir edilmişdir.

Quşçu Ayrım kəndində evlərin düşmən mövqelərinə baxan pəncərələrinin bağlanması üçün 143 evə daş, qum, sement verilmişdir. Şəhid Yavər Mirzəyevin xatirəsinə tiklmiş bulaqda və “Düzlü noy” adlanan bulaqda təmir işləri aparılmışdır.

Eyni zamanda 4 kilometr kəndarası yollara çınqıl döşənmiş və hamarlanmışdır. Şəhid anası Gülsəhər Məmmədovaya yeni yaşayış evi tikilmişdir.
Sərhəd kəndində 2016-cı ildə görülmüş işlərə dair hesabat yığıncağı keçirilib
Hesabat ilində kənd əhalisinin elektrik enerjisi, qaz və su ilə fasiləsiz təmin edilməsi məqsədilə bir sıra işlər görülmüşdür. Belə ki, iki pilləli su nasosunun motoru təmir edilmiş və 1 ədəd transformator yenisi ilə əvəz olunmuşdur. Qəzalı vəziyyətdə olan 3 ədəd elektrik dayağı yenisi ilə əvəzlənmişdir.
Sərhəd kəndində 2016-cı ildə görülmüş işlərə dair hesabat yığıncağı keçirilib
Vaxtaşırı hər iki kənddə qəbiristanlıqlarda iməciliklər keçirilmiş və abadlıq işləri aparılmışdır. Bütün bunlar hamısı icra başçısı Rəcəb Babaşovun sərhəd kəndlərinə göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olmuşdur.

Kənd sakinlərindən Bəhruz Hüseynov, Yusif Nəbiyev, Lətif Dünyamalıyev və başqaları çıxış edərək öz rəy və təkliflərini bildirmişlər. Ötən il əldə olunmuş uğurlara görə dövlət başçısı İlham Əliyevə və Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sərhəd kəndində 2016-cı ildə görülmüş işlərə dair hesabat yığıncağı keçirilib
Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova, RİHB Aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev yığıncaqda çıxış edərək 2016-cı ildə rayonumuzda, eləcə də Quşçu Ayrım kəndində aparılan tikinti-abadlıq işlərindən danışmış, kənd sakinlərinə qarşıda duran vəzifələrin yerinə yetirilməsində uğurlar arzulamışlar.
Sərhəd kəndində 2016-cı ildə görülmüş işlərə dair hesabat yığıncağı keçirilib
Hesabat yığıncağında RİHB Aparatının məsul işçiləri Barat Vəliyev, Kəmalə Cəfərova və Teybə Hüseynova iştirak etmişlər.

GOYEZEN.AZ
Geri qayıt