Əsas Səhifə > Rəsmi > 2016-cı il Daş Salahlı kəndinin sakinləri üçün uğurlu olub

2016-cı il Daş Salahlı kəndinin sakinləri üçün uğurlu olub


23-01-2017, 18:57
2016-cı il Daş Salahlı kəndinin sakinləri üçün uğurlu olub
Hesabat yığıncağını giriş sözü ilə açan rayon İcra Hakimiyyəti Başçısı Aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev 2016-cı ildə ölkəmizin, eləcə də rayonumuzun sosial-iqtisadi inkişafı, aparılan tikinti-abadlıq işləri barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, ötən il rayonumuz üçün də uğurlu olub və bunu həyata keçirilən quruculuq işlərindən daha aydın şəkildə görmək olur. Bütün bunlar Ölkə Prezidenti İlham ƏIiyevin apardığı düzgün siyasətin uğurlu nəticəsidir.
2016-cı il Daş Salahlı kəndinin sakinləri üçün uğurlu olub
Daş Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Tahir Hüseynli geniş məruzə ilə çıxış edərək 2016-cı ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat verib. Qeyd edib ki, Daş Salahlı kəndi Qazax rayonunda ərazisinə və əhalisinin sayına görə ən böyük kəndlərdən biridir. Bu gün kəndin 2970 təsərrüfatı, 10021 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 2 tam orta məktəb, 3 uşaq bağçası, 1 həkim məntəqəsi, 3 aptek, 1 poçt rabitə şöbəsi, ATS, 8 daş karxanası, Daş Salahlı Bentonit “Azrosprominvest” birgə müəssisəsi, “HGC QROUP” MMC (keçmiş Qazax sement zavodu), “Şahnigar” şərab zavodu, 1 daş külü istehsal edən sex, fermer təsərrüfatları, 1 sudan istifadə edənlər birliyi, 2 daş sexi, 5 müasir mağaza, 45 ticarət köşkü, 6 ət satışı mağazası, 6 yeməkxana, 6 bərbərxana, 2 tikinti materialları satışı mağazası, Folklor evi, “Avey” dövlət qoruğunun Damcılı filialı fəaliyyət göstərir.

Hesabat dövründə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov mütəmadi olaraq kənd sakinləri ilə görüşmüş, onları narahat edən problemlərin həllinə köməklik göstərmişdir.

Daş Salahlı kəndi Qarabağ müharibəsi zamanı 20 şəhid vermişdir. Hesabat ilində kənd ərazisindəki Şəhidlər Xiyabanı əsaslı təmir olunmuş, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlara hər zaman diqqət və qayğı göstərilmişdir.
2016-cı il Daş Salahlı kəndinin sakinləri üçün uğurlu olub
Həmçinin nümayəndəliyin və bələdiyyənin inzibati binalarında, kənddəki seçki məntəqələrində və kitabxanada cari təmir işləri aparılmışdır. 1, 2 və 3 saylı körpələr evi-uşaq bağçalarına içməli su xətti çəkilmişdir. Tələbatın yaxşılaşdırılması məqsədilə kəndə 170 metr içməli, 778 metr uzunluğunda məişət su xətti çəkilmişdir. “Coğazçay” su anbarından gələn 14 km-lik su xəttinin 500 metr hissəsində təmir işləri aparılmış, 53 metr hissə isə yenisi ilə əvəz olunmuşdur. Kəndə gələn su xəttinin 1,5 km hissəsi təmir edilmiş, 2 ədəd subartezian quyusu qazılmışdır.
2016-cı il Daş Salahlı kəndinin sakinləri üçün uğurlu olub
Qazaxbəyli kəndindən Daş Salahlı kəndinə gələn yolun 6,5 kilometr hissəsinə asfalt örtüyü qoyulmuş, kənddaxili yolların 30 kilometrlik hissəsinə qum-çınqıl tökülərək hamarlanmışdır.

Hesabat ilində kənddə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun sərəncamına əsasən 5 nəfərdən ibarət işçi qrupu yaradılmış və həmin qrup tərəfindən kənd sakinlərini narahat edən problemlərin həlli istiqamətində bir sıra işlər görülmüşdür.
2016-cı il Daş Salahlı kəndinin sakinləri üçün uğurlu olub
Cari ildə kənd əhalisi 995 hektarda buğda, 471,3 hektarda arpa, 483,94 hektarda yonca, 0,23 hektarda süpürgə, 8,92 hektarda qarğıdalı əkib becərmişdir. Hər hektardan 45-50 sentner buğda məhsulu götürülmüşdür. Bundan əlavə kənd ərazisində 12,4 hektar üzüm və 7,05 hektar meyvə bağları vardır.
2016-cı il Daş Salahlı kəndinin sakinləri üçün uğurlu olub
Kənddə 2017-ci ilin məhsulu üçün 2050 hektar şum aparılmışdır. Bunun 1450 hektarı buğda, 500 hektarı isə arpa olmuşdur. Bundan başqa, 60 hektar şəkər çuğunduru, 2 hektar tütün, qalan 38 hektarda isə digər kənd təsərrüfatı məhsullarının əkilməsi qarşıya məqsəd qoyulmuşdur. Eyni zamanda 150 kiloqram barama istehsal olunması da nəzərdə tutulmuşdur. Bu ötən illə müqayisədə xeyli çoxdur. Baramaçılığın inkişaf etdirilməsi üçün yem bazasının olması vacib amillərdən sayılır. Bu məqsədlə kənddə 2200 ədəd tut ağacı tingləri əkilmişdir,

Hesabat ilində kənd təsərrüfatı ilə məşğul olan 1390 nəfər əkinçiyə 138810 manat subsidiya verilmişdir.
2016-cı il Daş Salahlı kəndinin sakinləri üçün uğurlu olub
Sonra kənd sakinlərindən ağsaqqal Məmməd Omarov, şəhid bacısı Hicranə Məmmədova, Almara Abdullayeva, Tofiq Cəfərli, Akif Yusifov çıxış edərək kənd yoluna asfalt qoyulması, məktəblərdə istilik sisteminin qaydaya salınması, su anbarının təmir olunması, kəndin texniki su probleminin həll olunması və kənddə çörək sexinin tikilməsi barədə təkliflər irəli sürmüşlər.
2016-cı il Daş Salahlı kəndinin sakinləri üçün uğurlu olub
Hesabat yığıncağında RİHB Aparatının məsul işçiləri Barat Vəliyev və Kəmalə Cəfərova iştirak etmişlər.

GOYEZEN.AZ


Geri qayıt