Əsas Səhifə > Rəsmi > Hesabat yığıncağında görülmüş işlər müzakirə olunub

Hesabat yığıncağında görülmüş işlər müzakirə olunub


18-01-2017, 20:10
Hesabat yığıncağında görülmüş işlər müzakirə olunub
Qaymaqlı kəndində 576 təsərrüfatda 2185 nəfər əhali yaşayır. Nümayəndəliyin ərazisində bələdiyyə, tam orta məktəb, mədəniyyət evi, həkim məntəqəsi, kitabxana, poçt şöbəsi və EATS fəaliyyət göstərir.

Bu barədə məlumat verən Qaymaqlı kənd İƏD üzrə nümayəndəsi Fikrət Əfəndiyev hesabat məruzəsində 2016-cı ildə kənddə görülmüş işlərdən söz açıb. Qeyd edib ki, hesabat dövründə Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun işçi qruplarının yaradılması ilə əlaqədar imzaladığı sərəncama əsasən kənddə 5 nəfərdən ibarət işçi qrupu yaradılmışdır. Həmin qrup kənddə bir sıra müsbət işlər görmüşdür.
Hesabat yığıncağında görülmüş işlər müzakirə olunub
Hesabat dövründə kənd qəbiristanlığında, kəndarası yolların kənarlarında təmizlik işləri aparılmış, kollar və qurumuş ağaclar kəsilərək götürülmüşdür. Bununla yanaşı kəndin mərkəzi hissəsində yerləşən Şəhidlər Xiyabanının döşəmə hissəsinə qranit mərmər döşənmiş və ətrafı dəmir torla hasara alınmışdır.

Eyni zamanda kəndin 2 yerində mərkəzi yolda torpaq sürüşməsinin qarşısı alınmış, bu məqsədlə 58 m uzunluğunda daş hasar hörülmüşdür. Əhalinin içməli suya olan tələbatını daha da yaxşılaşdırmaq üçün kənd sakinlərinə xidmət edən 2 ədəd arteziandan birinin nasosu təmir edilmiş, digərinin nasosu isə yenisi ilə əvəz olunmuşdur.

Sakinlərin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə ildırım vurmuş 3 ədəd transformatorda təmir işləri aparılmış, vaxtı keçmiş elektrik dayaqları yeniləri ilə əvəz edilmişdir.

Kənd təsərrüfatı sahəsində də uğurlu nəticələr əldə edilmişdir. Belə ki, ötən il 126 hektar sahədə buğda, 251 hektarda arpa, 7 hektarda isə kartof əkilib becərilmişdir.

Hesabat dövründə kənd təsərrüfatı bitkiləri əkən 167 nəfərə yanacaq və sürtkü yağına görə 22961 manat subsidiya ödənilmişdir.

2017-ci ildə yüksək məhsuldarlıq əldə etmək üçün möhkəm zəmin yaradılmışdır. Kəndin 201 hektar sahəsində şumlanma işləri aparılmış, 330 hektar sahəyə buğda, 320 hektara isə arpa səpilmişdir. 40 hektarda şəkər çuğunduru, qalan 20 hektar sahədə isə digər kənd təsərrüfatı məhsullarının əkilməsi nəzərdə tutulmuşdur.
Hesabat yığıncağında görülmüş işlər müzakirə olunub
Pay torpaqlarının və bələdiyyənin istifadəsində olan topaqların təyinatı üzrə istifadə edilməsi, əkinçilik məhsullarının istehsalının artırılması və yüksəldilməsi, yazlıq bitkilərin və yem bitkilərinin əkini üçün aqrotexniki tədbirlərin aparılması nümayəndəliyin daim diqqət mərkəzində olmuşdur.
Hesabat yığıncağında görülmüş işlər müzakirə olunub
Hesabat dövründə kənddəki şəhid ailələrinə, Böyük Vətən və Qarabağ Müharibəsi əlillərinə, kimsəsizlərə, imkansızlara tarixi və dini bayram günlərində yardımlar edilmişdir.
Hesabat yığıncağında görülmüş işlər müzakirə olunub
Nümayəndəlik əkinçilik və heyvandarlıq sahələrində kənd əhalisinə yaxından köməkdarlıq göstərmiş, yaranmış çətinliklər bələdiyyə ilə birlikdə aradan qaldırılmışdır.
Hesabat yığıncağında görülmüş işlər müzakirə olunub
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov mütəmadi olaraq Qaymaqlı kəndində sakinlərlə görüşmüş, camaatı narahat edən problemlərlə maraqlanmış və həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Hesabat yığıncağında görülmüş işlər müzakirə olunub
Tədbirdə sakinlərindən Kazım Kazımov, İlham Nəsibov, Müsəllim Məmmədov, Nəbi Süleymanov, Əmrah Məmmədov, Fərhad Əliyev çıxış edərək kənddəki bəzi çatışmazlıqlardan da söz açıblar.
Hesabat yığıncağında görülmüş işlər müzakirə olunub
Sonda RİHB Aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə şöbəsinin müdiri Məmməd Alıyev hesabat yığıncağına yekun vurub.

Elçin İSMAYIL

Geri qayıt