Əsas Səhifə > Rəsmi > Ulu öndərin əziz xatirəsi HGC GROUP MMC-də yad edilib
Ulu öndərin əziz xatirəsi HGC GROUP MMC-də yad edilib12-12-2016, 16:15 |
![]() Respublikanın hər yerində olduğu kimi HGC GROUP MMC-də ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin zavodun həyətində yerləşən büstü önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini böyük ehtiramla yad ediblər. ![]() Tədbirə toplaşanlar bütün həyatını Azərbaycanın hərtərəfli inkişafına həsr etmiş mətin dövlət xadimi, xalqını hədsiz sevən qüdrətli şəxsiyyət ulu öndər Heydər Əliyevin əziz xatirəsini böyük minnətdarlıq hissi ilə anıblar. ![]() GOYEZEN.AZ Geri qayıt |