Əsas Səhifə > Rəsmi > Səyyar "ASAN qatar” Qazaxda 3367 nəfərə xidmət göstərib

Səyyar "ASAN qatar” Qazaxda 3367 nəfərə xidmət göstərib


28-09-2018, 12:38


Məlumat verdiyimiz kimi, Prezident İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN qatar” 3-27 sentyabr tarixlərində Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında rayon sakinlərinə səyyar formada xidmət göstərib.

Ötən 25 gün müddətində rayonumuzda müraciət etmiş 3426 nəfərdən 3367 nəfəri Səyyar "ASAN qatar”ın fəaliyyətindən yararlanıb.

Sevindirici haldır ki, Səyyar "ASAN qatar” fəaliyyəti dövründə böyüməkdə olan körpələrimizi də sevindiriblər. Belə ki, rayonun Daş Salahlı kənd 1 və 3 saylı körpələr evi-uşaq bağçaları, eləcə də 2 saylı uşaq bağçası, Dəmirçilər kənd körpələr evi-uşaq bağçası, Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası, Aşağı Salahlı kənd körpələr evi-uşaq bağçası, Qazaxbəyli kənd uşaq bağçası, Kosalar kənd 1 və 2 saylı körpələr evi-uşaq bağçaları, Kosalar kənd 3 saylı uşaq bağçası, Hüseynbəyli kənd uşaq bağçası və Canalı kənd uşaq bağçasında tərbiyə alan uşaqlara xidmət göstərilib. Ümumilikdə, 12 uşaq bağçasından 134 uşağa ödənişsiz şəxsiyyət vəsiqələri təqdim olunub.

Respublika Prezidenti İlham Əliyev tərəfindən dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaq məqsədilə təşkil olunmuş bu aksiyanı istər rayon sakinləri, istər bağça müəllimləri, istərsə də valideynlər yüksək qiymətləndiriblər. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına, Səyyar "ASAN qatar”ın nümayəndələrinə dərin minnətdarlıqlarını bildiriblər.

GOYEZEN.AZ


Geri qayıt