Əsas Səhifə > Rəsmi > “Dünyəvi dövlətdə din: Azərbaycan modeli”

“Dünyəvi dövlətdə din: Azərbaycan modeli”


23-11-2016, 14:25
“Dünyəvi dövlətdə din: Azərbaycan modeli”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonumuzda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbə müdiri Eldəniz Vəliyev tədbiri giriş sözü ilə açaraq keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.

Qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərimizin radikal dini cərəyanların təsiri altına düşməmələri və bu sahədə maarifləndirmə işlərinin aparılmasından ibarətdir.

Komitənin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov məruzəsində ümummilli lider Heydər Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində ölkədə insan hüquqlarının müdafiəsinə dair qanunvericilik bazasının beynəlxalq normalara uyğunlaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsiplərinin təsbiti barədə danışıb.
“Dünyəvi dövlətdə din: Azərbaycan modeli”
Rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, ölkə rəhbərliyi səviyyəsində İslama, onun ayrı-ayrı bayramlarına yüksək hörmət, ehtiram və etiqad mövcuddur.

Prezident İlham Əliyev mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmləndirilməsinə çalışmaqla yanaşı, insanların dini etiqad azadlığının ən yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirləri həyata keçirir.

Dövlət bu sahəyə diqqət və qayğısını ölkədəki bütün etnik və dini qruplara göstərməkdədir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Geri qayıt