Əsas Səhifə > Rəsmi > Tolerantlıq Azərbaycan xalqının ruhundadır

Tolerantlıq Azərbaycan xalqının ruhundadır


9-11-2016, 12:30

16 noyabr – Beynəlxalq Tolerantlıq Günüdür ---------------



Tolerantlıq Azərbaycan xalqının ruhundadır
16 noyabr–Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Milli Məclisin deputatı Ülviyyə Ağayeva, rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova tədbiri giriş sözü ilə açaraq toplantı iştirakçılarına Beynəlxalq Tolerantlıq Günü ilə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Bu günün təsis edilməsində məqsəd dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır.
Tolerantlıq Azərbaycan xalqının ruhundadır
Azərbaycan indi bütün dünyada tolerant ölkə kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxətlif milli-mənəvi dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır.

Milli Məclisin deputatı Ülviyyə Ağayeva Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş geniş məruzə ilə çıxış edib. Bildirib ki, ölkəmzidə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakı və bu mərasimlərə Azərbaycanda mövcud olan dini icmaların nümayəndələrinin də qatılması ölkədə artıq tolerant düşüncənin tam bərqərar olduğunu göstərir. Prezident İlham Əliyev dindarlarla görüşlərində İslam dininə milli yanaşmanı, islam elminin və fəlsəfəsinin öyrənilməsini mühüm şərt kimi səciyyələndirir.
Tolerantlıq Azərbaycan xalqının ruhundadır
Prezident İlham Əliyev Bakıda keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” beynəlxalq konfransda da bir daha bəyan edib ki, dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibətlər, dialoqlar gücləndirilməlidir. Dövlətin gücünü əhalinin tolerant olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən Ölkə Prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.
Tolerantlıq Azərbaycan xalqının ruhundadır
Sonra əməkdar müəllim Mustafa Mirzəyev, Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun müdiri Səadət Əliyeva, BDU Qazax filialının müəllimi Mustafa Mustafayev və başqaları çıxış edərək Beynəlxalq Tolerantlıq Günü ilə bağlı öz fikirlərini bildiriblər.

Geri qayıt