Əsas Səhifə > Rəsmi > Rayon sakinləri minnətdarlıq edirlər
Rayon sakinləri minnətdarlıq edirlər8-04-2018, 14:30 |
Qazaxda Novruz bayramı ərəfəsində keçirilməyə başlanan yarmarka artıq 2 aya yaxındır ki, davam edir. Fevral ayının 17-dən təşkil edilən yarmarka əhalinin tələbatına uyğun olaraq bayramdan sonra da keçirilir. Məqsəd rayon əhalisini ucuz və keyfiyyətli məhsullarla təmin etmək, sakinlərin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatını yaxşılaşdırmaqdır. Artıq yeddinci həftədir ki, keçirilən yarmarkada rayon sakinləri, eləcə də rayonumuzun qonaqları şənbə və bazar günləri alış-veriş edərək müxtəlif çeşidli ərzaq və kənd təsərrüfatı, ət və ət məhsulları alır, öz təminatlarını ödəyirlər. Ötən müddət ərzində minlərlə insan yarmarkadan yararlanıb. Ona görə də rayon sakinləri yarmarkanı yüksək qiymətləndirirlər. Şənbə günündə olduğu kimi, bu bazar günü də satışa ucuz qiymətə kənd təsərrüfatı, ət və süd məhsulları, eləcə də lazım gələn digər ərzaq məhsulları çıxarılıb. Həmişə olduğu kimi, bu gün də məhsullar bazar qiymətlərindən 20-30 faiz ucuz qiymətə təklif olunub. Ən diqqət çəkən məqamlardan biri də odur ki, yarmarkada quzu əti 8 manata, dana əti isə 6 manat 50 qəpiyə satılıb. Ona görə də yarmarkada həmişə olduğu kimi, bu gün də qələbəlik olub. Yarmarkadan alış-veriş edən rayon sakinləri Novruz bayramının qurtarmasına baxmayaraq yarmarkanın davam etdirilməsini yüksək dəyərləndiriblər. Yarmarka iştirakçıları yaradılan bu yüksək şəraitə və göstərilən qayğıya görə Respublika Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. 8 aprel 2018-ci il tarixdə keçirilmiş ərzaq məhsullarının satışı yarmarkasında qiymətlər aşağıdakı kimi olmuşdurGOYEZEN.AZ
Geri qayıt |