Əsas Səhifə > Rəsmi > Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb


Dünən, 15:33

2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” mühüm əhəmiyyət daşıyır. Bu mühüm sənəd iki ölkə arasındakı uzunmüddətli münasibətlərə, 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməyə, 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanır.

Bəyannamə təsdiqləyir ki, tərəflər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə və normalarına, xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, eləcə də suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmətlə bağlı prinsiplərə sadiq qalacaqlar.

Bəyannamədə 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti vurğulanır, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımları alqışlanır, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olmaq məqsədi daşıyan iki ölkənin səylərinə davamlı dəstəyi bir daha təsdiqlənir, güclü, dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın, açıq ticarətin, investisiyaların və innovasiyanın hər iki iştirakçı üçün uzunmüddətli sabitlik və rifahın vacib təməlləri olduğu qəbul edilir. Bundan əlavə, hər iki tərəf davamlı tərəfdaşlığın etimad, səmimilik və güclü insanlararası əlaqələr üzərində qurulduğunu tanıyır, uzunmüddətli artım və rəqəmsal transformasiya üçün təməl kimi təhsil, elm, innovasiya və bacarıqlar sahəsində praktik əməkdaşlığın vacibliyi təsdiqlənir, iştirakçılar, həmçinin icmalararasıbirbaşa əlaqənin qarşılıqlı faydasını tanıyır və bu Tərəfdaşlığın məqsədinə yönəliklayihə və proqramları dəstəkləməyi öhdələrinə götürürlər.

Tərəflərin anlaşdıqları məsələlərə gəlincə müdafiə və təhlükəsizlik sahəsindəiştirakçılar regional sülh və sabitliyi dəstəkləmək üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və ümumi təhdidləri yayındırmaq, qarşısını almaq və onlara cavab vermək qabiliyyətlərini artırmaq üçün uzunmüddətli öhdəlikləri ortaq qəbul edirlər, yüksək səviyyəli qarşılıqlı fəaliyyətin davamlı impulsuna sadiq qalacaq və qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə koordinasiyanı dərinləşdirəcəklər, iştirakçılar təlim, potensialın artırılması və qarşılıqlı fəaliyyətə yönəlmiş müdafiə əməkdaşlığını inkişaf etdirəcək və qarşılıqlı maraq doğuracaq sahələrdə birgə təşəbbüslər də daxil olmaqla, müdafiə sənayesi əməkdaşlığını gücləndirmək imkanlarını araşdıracaqlar, artan təhlükəsizlik çağırışlarına və təhdidlərinə cavab olaraq genişspektrli təhlükəsizlik prioritetləri üzrə əməkdaşlığı gücləndirəcəklər, iştirakçılar qanunun aliliyini və institusional dayanıqlılığı gücləndirmək üçün hüquq-mühafizə orqanları arasında gücləndirilmiş tərəfdaşlıq və sərhəd idarəçiliyi, eləcə də məhkəmə və hüquqi əməkdaşlığı formalaşdıracaqlar, maraqların uzlaşdığı çoxtərəfli platformalarda beynəlxalq sülhə və təhlükəsizliyə birgə töhfə verərək əməkdaşlıq etmək niyyətlərini təsdiqləyirlər.

İkinci ticarət, investisiya və artım sahəsində iştirakçılar ikitərəfli ticarət və investisiya əlaqələrini genişləndirmək və dərinləşdirmək, eləcə də davamlı, inklüziv və şaxələndirilmiş iqtisadi artımı təşviq etmək ambisiyalarını ortaq qəbul edirlər, bərpaolunan enerji, infrastruktur və xidmətlər də daxil olmaqla, prioritet sektorlar üzrə uzunmüddətli kommersiya tərəfdaşlıqlarını, bilik mübadiləsini və qarşılıqlı fəaliyyəti asanlaşdırmaqla, eləcə də hər iki iqtisadiyyatda iş yerləri, bacarıqlar və dəyər yaradan bizneslərarası əlaqələri təşviq etməklə iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığı gücləndirəcəklər, iştirakçılar regional və beynəlxalq bağlantıların vacibliyini vurğulayır və sərhədyanı ticarət və investisiyaları asanlaşdıran nəqliyyat, logistika və infrastruktur layihələri ilə yanaşı, Orta Dəhlizin inkişafını da dəstəkləyəcəklər, iqlim dəyişikliyinə davamlılığı, dayanıqlığı və sıfır hədəflərinə doğru irəliləyişi, eləcə də enerji təhlükəsizliyini dəstəkləmək məqsədilə bərpaolunan enerjinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağıkarbonlu texnologiyalar da daxil olmaqla, təmiz enerji keçidi üzrə əməkdaşlıq edəcəklər, davamlı investisiya, ticarət maliyyəsi, KOB-ların artımı və yaşıl maliyyələşdirməni dəstəkləmək məqsədilə müvafiq orqanlar və maliyyə qurumları arasında dialoq vasitəsilə maliyyə və kapital bazarlarında əməkdaşlığı dərinləşdirmək imkanlarını araşdıracaqlar, müvafiq qanunlarına və qaydalarına uyğun olaraq, maliyyə sektorunun dayanıqlığını, şəffaflığını və beynəlxalq bazarlara çıxışını gücləndirən bilik mübadiləsini və institusional əməkdaşlığı asanlaşdıracaqlar, iqtisadi, ticarət və investisiya əməkdaşlığını, həmçinin texniki dialoqu stimullaşdıran mexanizmi kimi Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın roluna xüsusi əhəmiyyət verirlər, bundan investisiya, iqtisadi şaxələndirmə, Orta Dəhlizin inkişafı və enerji əməkdaşlığı üzrə birgə təşəbbüsləri irəlilətmək üçün əsas platforma kimi istifadə edəcəklər.

Üçüncü təhsil və innovasiya sahəsində təhsilin, elmin, tədqiqatın və innovasiyanın uzunmüddətli rifahın, məhsuldarlığın və sosial dayanıqlığın vacib amilləri, eləcə də müasir, rəqabətə davamlı və inklüziv iqtisadiyyatların təməli olduğunu qəbul edirlər, artan əmək bazarı və idarəetmə ehtiyaclarına cavab olaraq, ali təhsil, peşə təhsili və təlim, rəqəmsal və texniki bacarıqlar, eləcə də icraedici və dövlət sektorunda təlim də daxil olmaqla, təhsil və bacarıqların inkişafı sahəsində əməkdaşlığı dərinləşdirəcəklər, bacarıqların inkişafı, şəffaflıq və inklüziv artıma diqqət yetirərək, süni intellekt, rəqəmsal idarəetmə və innovasiya mühiti üzrə təcrübə mübadiləsi vasitəsilə də rəqəmsallaşdırma, inkişafda olan texnologiyalar və həyat elmləri sahələrində əməkdaşlıq edən universitetlər, tədqiqat institutları və sənayeləri arasında tərəfdaşlıq da daxil olmaqla, tədqiqat, innovasiya və texnoloji əməkdaşlığı təşviq edəcəklər, iki vətəndaş cəmiyyəti arasında qarşılıqlı anlaşmanı, mədəni əlaqələri və uzunmüddətli əməkdaşlığı təşviq edən insanlararası mübadilələri və peşəkar şəbəkələri həvəsləndirəcəklər.

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ikitərəfli münasibətlərə gəlincə Birləşmiş Krallıq Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 11 mart 1992-ci il tarixində qoyulmuşdur. Birləşmiş Krallığın Azərbaycan Respublikasında Səfirliyi 1993-cü ilin sentyabr ayında açılmışdır. Azərbaycan Respublikasının Birləşmiş Krallığında Səfirliyi 1994-cü ilin yanvar ayında açılmışdır. 2016-cı ildə Azərbaycan Respublikası və Birləşmiş Krallığın xarici işlər nazirlikləri arasında strateji dialoq mexanizmi yaradılmışdır. Strateji dialoqun sonuncu iclası 2023-cü ilin iyun ayında Londonda keçirilmişdir. Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında müxtəlif sahələrdə, o cümlədən daimi siyasi dialoq, güclü iqtisadi gündəm və intensiv mədəniyyət və təhsil mübadilələri də daxil olmaqla yüksək səviyyədə əməkdaşlıq mövcuddur. Münasibətlərimiz strateji tərəfdaşlıq ruhunda genişlənir.

Dövlət başçılarının qarşılıqlı səfərlərinə gəlincə 1994və 1998-ci illərdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Birləşmiş Krallığa rəsmi səfərlər etmişdir. 2004, 2009 və 2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Krallığa işgüzar səfərlər etmişdir. Sonuncu işgüzar səfər 2018-ci ilin 26 aprel tarixində baş tutmuşdur.

Baş nazirlərin qarşılıqlı səfərlərinə gəlincə 21-23 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Birləşmiş krallığa işgüzar səfər etmişdir.

Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinə gəlincə 1996-cı ilin yanvar ayında Birləşmiş Krallığın xarici işlər naziri Malkolm Rifkind Azərbaycana işgüzar səfər etmişdır. 2013-cü ilin dekabr ayında Birləşmiş Krallığın xarici işlər naziri Vilyam Haq Azərbaycana səfər etmişdir. Ümumilikdə Birləşmiş Krallığa altı işgüzar səfər baş tutmuşdur. Sonuncu səfər Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tərəfindən 20-22 iyun 2023-cü il tarixlərində həyata keçirilmişdir.

Parlamentlərarası əlaqələrə gəlincə Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1997-ci ilin mart ayında təsis edilmişdir. Qrupun sədri millət vəkili Soltan Məmmədovdur.Birləşmiş Krallıq Parlamentində də 2014-cü ildən etibarən Azərbaycan üzrə Qrup fəaliyyət göstərir. Qrupun sədri İcmalar Palatasının deputatı Bob Bləkməndir.11-13 iyul 2022-ci il tarixlərində Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Krallığa rəsmi səfər etmişdir. 18-20 sentyabr 2022-ci il tarixlərində Milli Məclisin sədri Sahibə Qafarova Ülyahəzrət Kraliça İkinci Yelizavetanın dəfn mərasimində iştirak etmək üçün Londona səfər etmişdir.4 may 2023-cü ilin tarixində Milli Məclisin sədri Sahibə Qafarova Kral Üçüncü Çarlzın tacqoyma mərasimində iştirak etmək üçün Birləşmiş Krallığa səfər etmişdir.

Müqavilə-hüquq bazasına gəlincə zərbaycan və Birləşmiş Krallıq arasında 26 sənəd imzalanmışdır.

İqtisadi sahədə əməkdaşlıq artan templə davam etdirilir. İqtisadi əməkdaşlıq ikitərəfli münasibətlərimizin mühüm əsasını təşkil edir. Böyük Britaniya Azərbaycanda ən böyük xarici investor olaraq qalır. İndiyədək Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 34 milyard ABŞ dolları sərmayə qoyub ki, bu da Azərbaycana qoyulan bütün xarici investisiyaların təxminən 50%-ni təşkil edir. Azərbaycanda 600 Britaniya şirkəti fəaliyyət göstərir. 2015-ci ildə Birləşmiş Krallıqla Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılmışdır. Sonuncu 6-cı iclas 7 dekabr 2023-cü ildə Bakıda keçirilmişdir.


Geri qayıt