Əsas Səhifə > Rəsmi > YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər davam edir
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər davam edirDünən, 16:41 |
|
Qurultaydan sonra respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da rayon təşkilatının ərazi partiya təşkilatlarında Qurultayın yekunlarına həsr olunmuş tədbirlər keçirilir. Növbəti tədbirlər rayon təşkilatının “Arkoz Qazax Sement Zavodu” MMC, Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta ümumtəhsil məktəb, Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey, YAP Qazax rayon təşkilatı Aparatı və Heydər Əliyev prospekti 61 V ünvanı ərazi partiya təşkilatlarında keçirilib. Ərazi partiya təşkilatlarında keçirilən tədbirlərdə rayon təşkilatının sədri, Aparatın əməkdaşları və Qurultay nümayəndələri iştirak edib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş müqəddəs şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Tədbirlərdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək Qurultayın böyük ruh yüksəkliyi ilə, mütəşəkkilliklə keçməsindən, Prezident İlham Əliyevin Qurultaydakı proqram xarakterli nitqindən, YAP-ın Azərbaycanın dövlətçilik tarixində oynadığı mühüm roldan, əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən, növbəti hədəflərdən ətraflı danışıb. Rayon təşkilatının sədri Prezident İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələrlə bağlı partiya üzvlərinə lazımi tapşırıq və tövsiyələrini verib. Tədbirlərdə çıxış edən partiya üzvləri Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Qurultaydakı nitqdən irəli gələn vəzifələri, tapşırıqları yüksək fəallıqla, şərəflə yerinə yetirəcəklərini bildiriblər.
Geri qayıt |