Əsas Səhifə > Rəsmi > YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir

YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir


Bu gün, 18:09

Memarı Ümummilli Lider, Dahi Rəhbər Heydər Əliyev olan, “Qələbələr Partiyası” adlanan Yeni Azərbaycan Partiyasının VIII Qurultayının böyük mütəşəkkilliklə keçirilməsi təkcə ölkəmiz üçün deyil, bütün bölgə üçün böyük önəm daşıyan bir hadisə oldu. Partiyamızın Ali Orqanında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tapşırıq və tövsiyələrlə zəngin olan, dərin məzmunlu, proqram xarakterli nitq söylədi.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Qurultaydan sonra rayon təşkilatının ərazi partiya təşkilatlarında Qurultayın yekunlarına həsr olunmuş görüşlər keçirilir.

Növbəti görüşlər rayon təşkilatının Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektoru, Hüseynbəyli kəndi, Canalı kəndi, “AzRosPromİnvest” MMC ərazi partiya təşkilatlarında keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş müqəddəs şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Görüşlərdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev Prezident İlham Əliyevin Qurultaydakı proqram xarakterli nitqindən, YAP-ın Azərbaycanın dövlətçilik tarixində oynadığı mühüm roldan, əldə olunmuş nailiyyətlərdən, qarşıda duran vəzifələrdən, tapşırıqlardan ətraflı danışıb. A.Nəbiyev Prezident İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələrlə bağlı partiya üzvlərinə lazımi tapşırıq və tövsiyələrini verib.

Görüşlərdə çıxış edən partiya üzvləri Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Qurultaydakı nitqdən irəli gələn vəzifələri, tapşırıqları yüksək fəallıqla, şərəflə yerinə yetirəcəklərini bildiriblər.


Geri qayıt