Əsas Səhifə > Rəsmi > YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə keçirilən görüşlər davam edir
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə keçirilən görüşlər davam edir20-10-2026, 17:31 |
|
Partiyamızın Ali Orqanında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tapşırıq və tövsiyələrlə zəngin olan, dərin məzmunlu, proqram xarakterli nitq söylədi. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Qurultaydan sonra rayon təşkilatının ərazi partiya təşkilatlarında Qurultayın yekunlarına həsr olunmuş görüşlər keçirilir. Növbəti görüşlər rayon təşkilatının Aşağı Salahlı, Orta Salahlı, Qazaxbəyli, Kosalar kənd ərazi partiya təşkilatlarında keçirilib. Görüşlərdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev Prezident İlham Əliyevin Qurultaydakı proqram xarakterli nitqindən, YAP-ın Azərbaycanın dövlətçilik tarixində oynadığı mühüm roldan, əldə olunmuş nailiyyətlərdən, qarşıda duran vəzifələrdən, tapşırıqlardan ətraflı danışıb. A.Nəbiyev Prezident İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələrlə bağlı partiya üzvlərinə lazımi tapşırıq və tövsiyələrini verib. Görüşlərdə çıxış edən partiya üzvləri Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Qurultaydakı nitqdən irəli gələn vəzifələri, tapşırıqları yüksək fəallıqla, şərəflə yerinə yetirəcəklərini bildiriblər.
Geri qayıt |