Əsas Səhifə > Rəsmi > YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə növbəti görüşlər keçirilib
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə növbəti görüşlər keçirilibDünən, 23:50 |
|
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı da VIII Qurultayda 13 nəfərlə təmsil olundu. Əlbəttə ki, hər bir partiya üzvü Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndə seçildiyi üçün fəxr edir, böyük qürur hissi keçirir. Qurultaydan sonra rayon təşkilatının ərazi partiya təşkilatlarında Qurultayın yekunlarına həsr olunmuş görüşlər keçirilir. Ərazi partiya təşkilatlarında keçirilən görüşlərdə rayon təşkilatının sədri, aparatın əməkdaşları və Qurultay nümayəndələri iştirak edirlər. Rayon təşkilatının Qazax Elektrik Şəbəkəsi, Qazax Su Meliorasiya Sistemlərinin İstismarı nömrəli tam orta ümumtəhsil məktəb ərazi partiya təşkilatlarında bu yönümdə görüşlər keçirilib. Görüşlərdə çıxış edən rayon təşkilatının sədri Anar Nəbiyev Prezident İlham Əliyevin proqram xarakterli nitqindən, YAP-ın Azərbaycanın dövlətçilik tarixində oynadığı mühüm roldan, əldə edilmiş siyasi, iqtisadi və hərbi nailiyyətlərdən, qarşıda duran vəzifələrdən, verilən tapşırıqlardan ətraflı danışıb. Rayon təşkilatının sədri Prezident İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələrlə bağlı partiya üzvlərinə lazımi tapşırıq və tövsiyələrini verib. Görüşlərdə çıxış edən partiya üzvləri Prezidentin Qurultaydakı proqram xarakterli nitqdən irəli gələn vəzifələri, tapşırıqları yüksək fəallıqla, şərəflə yerinə yetirəcəklərini bildiriblər.
Geri qayıt |