Əsas Səhifə > Rəsmi > Sentyabrın 1-dən Gəncə Səyyar “ASAN xidmət" avtobusu Qazaxda vətəndaşların xidmətində olacaq
Sentyabrın 1-dən Gəncə Səyyar “ASAN xidmət" avtobusu Qazaxda vətəndaşların xidmətində olacaqBu gün, 14:12 |
|
Gəncə Səyyar “ASAN xidmət”in nümayəndələri 1 sentyabr 2026-cı il tarixdən 25 sentyabr 2026-cı il tarixədək texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 78 (Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasının arxası, İsmayıl Şıxlı parkının yanı) ünvanında əhaliyə səyyar xidmətlər göstərəcəklər. 25 gün müddətində səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunacaq. Bu xidmətlərə tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, həmçinin, daşınmaz əmlakla bağlı bütün xidmətlər, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti daxildir. Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu həftə içi saat 10:00-dan 17:00-dək (nahar fasiləsi 13:00-dan 14:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftə içi saat 10:00-dan 17:00-dək (nahar fasiləsi 13:00-dan 14:00-dək) həyata keçirilir. Məlumat üçün onu da qeyd edək ki, bu günə kimi Gəncə Səyyar “ASAN xidmət" avtobusu Qazaxda 1-15 iyul 2015-ci il (15 gün), 15 aprel - 4 may 2019-cu il (20 gün), 6 noyabr - 5 dekabr 2019-cu il (30 gün), 5 - 19 oktyabr 2020-ci il (15 gün), 27 may - 25 iyun, 28 oktyabr - 26 noyabr 2021-ci il (30 gün), 29 mart - 22 aprel 2022-ci il (25 gün), 6 oktyabr - 4 noyabr 2022-ci il (30 gün), 3-28 aprel 2023-cü il (26 gün), 2-27 sentyabr 2024-cü il (26 gün), 1-26 sentyabr 2025-ci il (26 gün), 1-28 aprel 2026-cı il (28 gün),Bakı Səyyar “ASAN xidmət” avtobusuisə 2-30 oktyabr 2023-cü il (29 gün), 4-30 dekabr 2023-cü il (25 gün), 2-29 aprel 2024-cü il (28 gün), 2-31 iyul 2024-cü il (30 gün), 2-20 dekabr 2024-cü il (19 gün), 3-28 aprel 2025-ci il (26 gün) tarixlərdə vətəndaşlara xidmət göstərib.
Geri qayıt |